Modern.az

Marixuana istifadəsini leqallaşdıran ölkələr - SİYAHI

Marixuana istifadəsini leqallaşdıran ölkələr - SİYAHI

15 May 2019, 15:24

Günümüzdə dünya ölkələri narkotiklə mübarizədə marqlı və müxtəlif yollara əl atırlar. Belə ölkələrdə narkotik maddələrin qəbuluna qarşı münasibət və yanaşma olduqca müxtəlifdir.

 

Bəzi ölkələrdə qanunvericiliklə narkotik maddələrin satışını leqallaşdırdığı halda, digər ölkələrdə narkotik maddələrin ölkəyə gətirilməsi sərt tədbirlərlə məhdudlaşdırılıb. Bu sərt siyasət işlədən ölkələr narkotik maddələrin bu cür tədbirlər vasitəsi ilə istifadəsini minimuma endirməyin yeganə yolu olduğunu bildirir. Bir qədər sərbəst yanaşma tətbiq edən ölkələr isə narkotik maddələrin satışını leqallaşdıraraq bu maddələrin qara bazardan çıxmasına və bir çox qanunsuz tədbirlərin azaldılmasına bir səbəb kimi görür. Tədbirlərinin istiqamətindən asılı olmayaraq istənilən yanaşma bu maddələrin istifadəsini və onların törətdiyi mənfi nəticələrin azaldılmasına yönəldirilib.

 

Bir sıra ölkələrdə narkotiklə mübarizə yönündə tədbirlərin gücləndirildiyi bir zamanda narkotikin leqallaşdırıldığı  ölkələrin də siyahısı artır. Modern.az bu ölkələrin bəzisini təqdim edir 

ABŞ-ın Kolorado ştatında marixuananın becərilməsi, satışı və istifadəsinə icazə verən ilk ştatdır. 2014-cü ildən bu siyahıda olan ştatda hətta məktəblərdə tibb işçilərinə müalicə məqsədləri üçün şagirdlərə marixuana verməysinə icazə verilib, amma bu yalnız həkimin göstərişi və valideynlərin yazılı icazəsi əsasında həyata keçirilməlidir. Maraqlısı budur ki, rəhbərlik bu tədbirlərin məktəblilər arasında narkotikdən istifadənin qarşısını ala biləcəyini güman edir.

Qeyd edək ki, Koloradodan başqa Alyaska, Kaliforniya, Vaşinqton, Nevada, Oreqon, Men və Massaçusetsddə də marixuananın becərilməsi, satışı və istifadəsinə icazə verilir.  Hazırda marixuananın tibbi məqsədlə istifadəsinə ABŞ-ın 25 ştatında icazə verilir.

 

Hollandiyada müəyyən ölçü və dozalarda narkotikin satışı leqallaşdırılıb. Amsterdam isə dünyanın narkoturizm paytaxtı hesab olunur. 1970-ci ildən 2014-cü il yanvarın 1-dək marixuananın kef məqsədli alına biləcək yeganə ölkə bura idi. Burda artıq çoxdandır ki, kafe və restoranlarda marixuana almağa icazə verilir. Məsələn, bir kafedə gündə ən çox 500 qram marixuana işlədilə, bir müştəriyə gündə ən çox 3 qram marixuana satıla bilər. Bu kafelərin heç birində 18 yaşına çatmamış kimsəyə xidmət göstərilə bilməz. Bu qaydalara əməl etməyən kafe bağlanır.

Argentina daha bir ölkədir ki, narkotiklərlə mübarizədə dekriminalizasiya siyasətini seçib. Argentina höküməti hesab edir ki , yetkin insanların özlərinin qərar vermək hüququ var bu baxımdan. Əgər onların seçimi ətrafdakılara neqativ təsir göstərmirsə, insanlar özlərinə uyğun şəkildə hərəkət edə bilərlər.

Portuqaliya narkotik maddələrin leqallaşdırılması və liberallaşdırılması münasibətində ilk addım atan ölkələrdən biridir. Portuqaliya ilk dəfə Avropada dekriminalizasiya siyasətini tətbiq edib. Burada narkotikdən istifadə cinayət kimi deyil, ümumi sağlamlıqla bağlı bir vəziyyət kimi baxılır. Bu cür yanaşma və həbs cəzasının reabilitasiya seansları ilə əvəz olunması ölkədə narkotik istifadənisi və ölüm səviyyəsini aşağı salıb.

Ekvadorda 2008-ci ildən narkotiklərin şəxsi istifadəsi və saxlanmasına icazə verilib, amma bu qanun satış məsələsinə aid edilir. Ekvador əhalisinin 10 qram marixuana, 100 mq heroin və 80 mq ekstazi saxlamasına icazə verilir.

Avstraliya narkotik maddələrin istifadəsinə görə uğurlu və uğursuz tədbirlərlə səciyyələnir. Baxmayaraq ki, Avstraliya əhalisi marixuananın istifadəsinə görə dünyada ilk sıraları tutur, burada həblərin istifadəsi qanunsuzdur. 2001-ci ildə Avstraliyada xüsusi mərkəzlər yaranmağa başladı. Həmin mərkəzlərdə narkotik maddələrdən asılılıq çəkən insanlar gigiyenik cəhətdən təmiz və təhlükəsiz şəkildə özlərinə narkotik inyeksiyaları vurdura bilirlər. Oxşar mərkəzlər Avropa ölkələrində də mövcuddur. Həmin mərkəzlərdə bunun asılılığından əziyyət çəkən insanlara həm tibbi , həm də mənəvi dəstək göstərilir.

Gürcüstanda Konsitutsiya məhkəməsi marixuananın istifadəsinə görə tətbiq olunan sanksiyaları ləğv edilib və vətəndaşlar bu barədə azadlıq əldə ediblər. Qərardan sonra indidə  marixuana istifadəsini tənzimləyən qanunun qəbul edilməsi gözlənilir. İndi sakinlər deyirlər ki, hazırda olan qanunvericiliyə görə, marixuananın ictimai yerlərdə istifadəsi mümkündür çünki, məhkəmənin qərarı ilə buna görə tətbiq olunan cərimələr ləğv olundu.

Qeyd edək ki, son zamanlar Gürcüstanda narkotiklərin dekriminalizasiya sisteminə çağırış ilə bağlı geniş kampaniyalar aparılıb.

Bu gün  Belçika, Braziliya, Kamboca, Kolumbiya, Kosta-rika, Xorvatiya, Çexiya, Estoniya, Fransa, Hindistan, İran, Pakistan, Şimali Koreya, Uruqvay, İspaniya kimi dünyanın müxtəlif yerlərində çətənənin istehsalı və istehlakı müxtəlif ölçülərdə  azad qalmış olsa da təxminən yüz il əvvəl başlayan təbliğatın təsirləri hələ də şiddətli şəkildə davam edir.

 

Novruz NOVRUZLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır