Ümumtəhsil məktəbləri respublika fənn olimpiadalarının I rayon (şəhər) mərhələsi başa ğatıb. Modern.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, olimpiadanın I mərhələsində paytaxtın ümumtəhsil məktəblərindən 9500-ə yaxın şagird iştirak edib. Olimpiada şəhərin 14 məktəbində təşkil olunub. VII-XI sinif şagirdlərini əhatə edən bilik yarışmasının nəticələri artıq yoxlanılıb və 900-ə yaxın şagird yanvar ayının 10-da keçirilməsi nəzərdə tutulan II rayon (şəhər) mərhələsinə vəsiqə qazanıb.