Modern.az

O müğənni ola bildi?

O müğənni ola bildi?

10 Yanvar 2012, 14:37

“İndi müğənni olmaq o qədər asanlaşıb ki. Kim gəldi oxuyur. Hərəsi min yolla səhnəyə gəlir. Filankəsi bəhmənkəs saxlayır” Yəqin ki, gündəlik həyatda bu kimi danışıqlara tez-tez şahidlik edirsiniz. Təbii ki, bəzən bu danışıqların içərisində həqiqətə uyğun olmayanlarına da rast gəlinir. Yəni, səhnədə olan hər kəs belə deyil. Amma reallıq budur ki... Məsələn, tutaq ki, gənc bir xanım müğənni olmaq istəyir və gəlir hansısa təşkilatçının, prodüsserin yanına. Sizcə, orda hansı söhbətlər olur?
- Mən müğənni olmaq istəyirəm.

- Sənin neçə yaşın var?

- 28.

- Ailəlisən?

- Hə. Bir uşağım da var.

- Hmm.

- Sizcə, mən müğənni ola bilərəm?

- Deyirsən ki, ailəlisən?

- Hə, ailəliyəm.

- Hmm. Bax, burda bir əmma var.

- Nə əmması?

- Bilirsən, əgər sən müğənni olmaq istəyirsənsə, gərək əvvəlcə...

- Əvvəlcə nə? Səsim olmalıdır?

- Yooooox. Əvvəlcə ərindən boşanmalısan.

- Niyə?

- Qulaq as, izah edim. Əvvəlcə ərindən boşanmalısan. Sonra geyim tərzini dəyişməlisən, olmalısan əsl müğənni. Çünki belə olanda müğənni olmaq da asan olur. Axı müğənninin sponsoru olmalıdır. Sponsor neyləyir ərli, ailəli müğənnini? Bir sözlə, ya sənin ərin olmalıdır. Ya da sponsorun.

- Başa düşmürəm.

- Başa düşülməyən nə var ki? Sponsorun varsa, demək ərin də var. Ay balam, sponsor indiki zamanda elə ər kimi bir şeydir də. Həəəə. Sonra sən ildə iki dəfə ərə getməlisən. Uşaqlar hərəsi bir kişidən olmalıdır. Uşaqları doğandan sonra yalandan deməlisən ki, əkizdir. Camaat da deməlidir ki, kişidə fərasətə bax haaa.

- Bəs demirsiniz ki, sponsor ər kimi bir şeydi. Daha ərə niyə gedirəm ki?

- Düzdür. Amma ildə bir-iki dəfə ərə gedib uşaq doğmalısan. Amma lütün birinə yox e... Sonra da həmin kişilərin puluyla özünə Mərdəkanda, Novxanıda 3-4 dənə bağ tikdirməlisən. Jurnalistlər də səndən soruşanda deməlisən ki, hər şeyi öz alın tərimlə qazanmışam.

- Axı özüm qazanmamışam.

- Guya kim 2-3 ilə bu qədər şeyi öz zəhmətiylə qazana bilər ki? Bir də ki, sənin sponsorla keçirdiyin yuxusuz gecələr də zəhmətdir də. Nə dəxli var ki.... Gərək gedib “karyer”də daş atasan? Bəyəm, bu zəhmət deyil nədir? Sən elə bilirsən, hamı bu cür məsuliyyətli işin altına girə bilir? Bunun üçün gərək nələrdən keçəsən... Abrından, həyandan, ailəndən, hətta qohum əqrəbandan. Hələ səni buna görə doğulduğun yerdən, eldən-obadan qovmasalar, yaxşıdır. Amma pulun-paran olur, adın sanın, özün kimi dostların. Hələ lazım olan adamların saqqalının altından keçsən, 3-4 ilə əməkdar artist də ola bilərsən.

- Saqqalının niyə?

- Əşşi, məsəlçün saqqalının dedim. Olsun lap elə...

- Demək, hamı belə edir?

- Yox, hamı belə eləmir. Amma kim tez, layiq olmaya-olmaya ad almaq istəyirsə, edir. Məsələn,..... 5 ildir sənətdədir, oxuduğu da bir şey deyil. Amma uje adı da var, hələ sponsoru da.

- Hmmm.

- Nə deyirsən, boşanırsan?

- Axı necə boşanım? Yoldaşım çox yaxşı adamdır, mənə yaxşı baxır, ailəsini istəyir.

- Burda çətin bir şey yoxdur. Bir-iki dəfə evdə söz -söhbət salırsan. Sonra da deyirsən ki, biz fərqli düşünürük, sən mənə layiq deyilsən. Yaxud da, mən sənət adamıyam, sərbəst olmalıyam. Sözsüz ki, o da bu sərbəstliyi qəbul etməyəcək. Vəəəəə.... Siz boşanacaqsınız. Ondan sonra sən də çıxacaqsan ağ günə.

- Hamı belədir?

- Axı dedim ki, yox. Sənətdə olan xanımlar var ki... ailələri də var, uşaqları da, xoşbəxtlikləri də. Amma onların həm də sənəti var. Elələri də var ki, əri də var, uşağı da. Hələ lazım olanda çıxıb efirdə ərindən danışır da. Amma onların axırıncı dəfə nə vaxt bir yastığa baş qoyduqları bəlkə özlərinin də yadında deyil. Məsələn, bir dəfə şadlıq saraylarının birində idim. Bir müğənni əriylə gəlmişdi qonorarını almağa. Əri də aşağıda onu gözləyirdi. Mən də bir yerdə işlədiyim müğənniylə girib müdiriyyətdən pulumuzu alacaqdıq. Gördük ki, bayaq geyim-kecimli içəri girən həmin o müğənni “naçnoyda” oturub müdirin stolunun üstündə....

- Stolunun?

- Hmmmm. Hə də, stolunun. Nə deyirsən, müğənni olmaq istəyirsən?

P.S Sizcə, o gənc xanım müğənni olmağa razılıq verdi?

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir