Modern.az

Bakıda 1 milyon sahibsiz küçə iti varmış - DƏHŞƏTLİ STATİSTİKA

Bakıda 1 milyon sahibsiz küçə iti varmış - DƏHŞƏTLİ STATİSTİKA

17 May 2019, 09:01

Paytaxtda mövcud olan sahibsiz itlərlə bağlı "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin xarici şirkətlə birgə apardığı araşdırmaların nəticəsi açıqlanıb.

Mərkəzdən Modern.az-a daxil olan məlumata görə, araşdırma nəticəsində Bakıda 1 milyona yaxın sahibsiz küçə itinin olduğu müəyyənləşib.

Monitorinq qrupunun üzvləri bildirib ki, təcili tədbir görülməzsə, sahibsiz küçə itləri Bakı sakinlərinin təhlükəsizliyi üçün böyük problemə çevriləcək. Bu səbəbdən də Mərkəz tərəfindən küçə itlərinin toplanması işləri sürətləndirilib, briqadaların sayının artırılması qərara alınıb.

Qeyd edək ki, "Toplan" briqadaları ərazilərə başçəkməni vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirirlər. Bütün montorinqlər aktlaşdırılır.

"Toplan" Mərkəzinin məqsədi paytaxtda sahibsiz itlərin sayının yerli və beynəlxalq qanunvericilik çərçivəsində, həmçinin xarici ölkələrin aparıcı təcrübəsi əsasında tənzimlənməsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?