Modern.az

Türk atanın alman oğlu - “Bavariya”lı Mehmet Şollun futbol KARYERASI

Türk atanın alman oğlu - “Bavariya”lı Mehmet Şollun futbol KARYERASI

17 May 2019, 16:11

Mehmet Şoll adı futbolla maraqlanan fanatlara, xüsusən də türklərə və almanlara yaxından tanışdır. Elə yaşlı və orta nəsildən olan azərbaycanlı azarkeşlər də yəqin ki, onun adını xatırlayarlar.

Ulduzu 1990-cı illərin ortalarından 2000-ci illərinə əvvəllərinə qədər parlayan Şoll futbol aləminə əslən türkiyəli olan alman futbolçu kimi daxil olub.

Modern.az yeni nəsil futbol azarkeşləri tərəfindən o qədər yaxşı tanınmayan  ulduz futbolçu haqda qısa yazını təqdim edir.

 

Həyatı

Mehmet Şoll 16 oktyabr 1970-ci ildə Almaniyanın Kralşrue şəhərində anadan olub.  Mehmetin əsl soyadı Yüksəldir, amma onun ata və anası 5 yaşı olanda ayrılıblar və anası bir almaniyalı ilə ailə qurduğuna görə, sonradan ona atalığının Şoll soyadını veriblər.

 

Futbolçu karyerası

1989-cu ildə “Karlşruer” ilə professional futbol həyatına yarımmüdafiəçi kimi başlayıb. Klub karyerasında “Karlşruer” və “Bavariya”da oynayıb. 1992-ci ildən 2007-ci ilə qədər aralıqsız “Bavariya”da oynayıb və burda 334 oyunda 87 qol vurub. 1995 – 2002-ci illər arasında Almaniya milli komandası ilə 36 matça çıxıb və 8 qol vurub. Milli komanda ilə 1996-cı ildə Avropa Çempionatında qalib olub. Keçirdiyi ağır zədələrə görə 1998 və 2002-ci illərin Dünya Çempionatında iştirak edə bilməyib.


2005-2006 mövsümündə Almaniyada 8-ci dəfə Bundesliqa çempionu olub və  ölkədə ən çox çempionluq görən futbolçu rekorduna malik olub. 2006-2007 mövsümündə “Bavariya”da son dəfə oynayıb və futbolçu karyerasına nöqtə qoyub. Mehmet 5 dəfə də Almaniya kubokunun qalibi olub.

 

Məşqçilik karyerası

Mehmetin məşqçilik karyerası da “Bavariya” ilə bağlı olub. Belə ki, o, 2008-09-da “Bavariya”nın 13 yaşdan ibarət futbolçularına rəhbərlik edib. Sonra 2009-10 və 2012-13 mövsümlərində klubun ikinci komandasında işləyib. 2012-13 mövsümünün sonunda o tutduğu vəzifədən ayrılmaq qərarına gəlib. Buna səbəb isə televizor verilişlərində işləmək istədiyini göstərib və ARD idman verilişində işləyib. İşlədiyi müdətdə iddia olunub ki, orda illik maaş olaraq 1 milyon 600 min avro qazanırmış, amma keçmiş futbolçu bu haqda yayılan xəbərlərə cavab verməyib.

 

Şəxsi həyatı

Şoll ilk dəfə 1993-cü ildə ailə qurub və 1 oğlu olub, amma 1996-cı ildə həmin xanımdan ayrılıb (Susanne Pfannendörfer). Oğlu Lukas da atası kimi “Bavariya”da oynayıb, ancaq hələ Bundesliqda çıxış edə bilməyib. O, sonuncu dəfə 4-cü liqada çıxış edib.


İkinci dəfə 2007-ci ildə ailə quran keçmiş futbolçu 10 il evli qaldığı Jessica Lutherden də ayrılıb. Cütlük arasındakı yaş fərqində  Şoll 9 yaş böyük idi.  Alman mediasında yazılıb ki, tərəflər 10 illik müdətdə bir yerdə çox görüntü verməyiblər. Bu evlilikdən Polli  və Josefine adlı iki qızları dünyaya gəlib.  Ayrıldıqdan sonra razılıqla qızlar anaları ilə qalmalı olub. Bu haqda alman mətbuatına danışan keçmiş futbolçu “ayrılığa səbəb kimi, hər ikimizin başqası ilə ailə qurmaq məqsədimiz olmayıb, sadəcə bu qərarı verməyin daha düzgün olduğunu düşündük” deyə bildirib.

 

Atası ilə ilk görüş


Mehmet uzun illər sonra atasını ilk dəfə görməsi haqqında Türkiyənin “Hürriyət” qəzetinə açıqlama verib: ‘‘Ərgin bəy mənim doğma atamdır. Onunla 19 il sonra görüşdüm, qucaqlaşdım. Öz atamı tapmaq təbii ki, məni çox sevindirdi, ancaq həyatım buna görə dəyişməyəcək. Atamla münasibətimiz davam edəcək. Daim onunla telefonda əlaqə saxlayacam. Bu arada  balaca oğlu Metexanla məni görməyə gəlməsi məni çox sevindirdi’’.


Onların ilk görüşləri “Beşiktaş” və ”Bavariya” arasında İstanbulda keçirilən  oyunun məşqi zamanı olub. Bu dialoqdan bəzi maraqlı məqamlar:

 

Ata: - Mənə məşqdən sonra imzalı forma verəndə tanıdın məni?

 

Oğul: - Əvvəl qərar verə bilmədim, amma sonra diqətlə baxıb hiss etdim ki, sən atamsan.

 

Oğul: - Məni niyə heç axtarmadın?

 

Ata: - Sənin məşhur olmağın buna imkan vermədi.

 

Oğul: - Baba olduğunu bilirsən? İkimizin də bəxtimiz eyni olub, mənim də oğlum var.

 

Ata: - Bilirəm. Hətta bəxtmiz evlilikdəki kimi eyni olub. Mənə əsəbəşirdin, amma sən də boşanandan sonra övladlarını anasına vermisən.

 

Novruz NOVRUZLU

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir