Modern.az

Türkiyədə 60 jurnalist Anıtkabirdə toplaşdı FOTOLAR

Türkiyədə 60 jurnalist Anıtkabirdə toplaşdı  FOTOLAR

Dünya

10 Yanvar 2012, 18:16

Türkiyə Qəzetçilər Federasiyasının üzvləri bu gün Çalışan Jurnalistlər Günü münasibətilə Anıtkabirə toplaşıblar.Türkiyə Jurnalistlər Federasiyasının 36-cı Başkanlar ŞurasınınToplantısı üçün Ankara Jurnalistlər Cəmiyyətinin ev sahibliyi ilə Ankarada bir araya gələn 60-a yaxın federasiya üzvü, cəmiyyət başçısı ilk olaraq Anıtkabirdə Atatürkün hüzuruna çıxıblar.

TGF heyyəti adından Anıtkabir xüsusi anım dəftərini imzalayan Türkiyə Jurnalistlər Federasiyasının sədri Atilla Sertel dəftərə bunları yazıb: "Türkiyə Cümhuriyyətinin qurucusu, ulu öndərimiz Mustafa Kamal Atatürk!!! Türkiyə Jurnalistlər Federasiyası sədri, idarə heyyətinin üzvləri, ölkəmizin dörd bir tərəfindən gələn Cəmiyyət başçıları olaraq sizin getdiyiniz yolla gedirik. Bu ölkənin övladları, jurnalistlər olaraq sizin dediyiniz “Mətbuat azadlıqdan doğulacaq, eyibləri aradan qaldıracaq, yeganə cərəyan mətbuat azadlığıdır” sözlərini əldə şüar edərək mətbuat və ifadə azadlığı mübarizəmizi davam etdiririk.
Tam müstəqil, demokratik, dünyəvi bir Türkiyədə hər kəsin qardaşlıq şəraitində yaşayacağı dövrü yaratmaq və yaşatmaq ümidi ilə sevgi və hörmətlərmizi təqdim edirik".

Məlumatı Modern.az saytına Atilla Sertel verib.






Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!