Modern.az

Buraxılış imtahanından maksimum bal toplayan Surxay Hasilov: “Bunu gözləmirdim, şokdayam”

Buraxılış imtahanından maksimum bal toplayan Surxay Hasilov: “Bunu gözləmirdim, şokdayam”

17 May 2019, 19:02

"İmtahanda bu nəticəni göstərəciyimi gözləmirdim. Hazırda şokdayam".

 

Modern.az xəbəe verir ki, bu sözləri Azedu.az-a açıqlaması zamanı 7 apreldə keçirilən buraxılış imtahanlarında maksimum nəticə göstərən 2 nəfərdən biri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin şagirdi Surxay Hasilov deyib.

 

O, 12 mayda keçirilən qəbul imtahanlarında IV ixtisas qrupu üzrə iştirak edib:

 

"İmtahanda bu nəticəni göstərəciyimi gözləmirdim. Hazırda şokdayam. İmtahan normal keçdi. 700 bal toplayacağımı isə düşünmürəm. Çünki qəbul imtahanında həyəcanlı idim. Məqsədim həkim olmaqdır"

 

Qeyd edək ki, 11-ci sinif şagirdləri üçün 7 apreldə keçirilən buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub. 14, 21 və 28 aprel tarixlərində keçirilmiş imtahanların nəticələri də yaxın günlərdə mərhələ-mərhələ elan olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!