Modern.az

Məşhur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ

Məşhur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ

19 May 2019, 10:49

Robert Rombourt: “Mənə öz ayaqlarım üstündə durmaq üçün gündəlik qazanc lazım idi”

 

Modern.az saytının “Art Time” rubrikasının budəfəki qonağı Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi “İmagine” festivalı çərçivəsində ölkəmizə gələn holland əsilli belçikalı məhşur sənədli filmlər rejissoru Robert Rombourt oldu..


Robert Rombout 1953-cü ildə Hollandiyanın Amsterdam şəhərində anadan olub. 1975-ci ildən Belçikanın Brüssel şəhərində yaşayıb-işləməyə başlayıb. Hazırda müqəddəs Lukas adına Brüssel film və incəsənət məktəbinin müəllimidir. Braziliya, Rusiya, Çin, Fransa və bir çox ölkələrdə ustad dərsləri (master klass) verib.


- Necə oldu ki, Hollandiyadan Belçikaya gəldiniz?


- Bizlərdə cavan yaşlarda maşınla səyahət etmək adət idi. Mən o zaman İngiltərəyə getmək istəyirdim, elə oldu ki, səhvən Belçikaya getdim. Burada ilk işim tualet təmizləmək oldu. Mən bunu utanmadan deyirəm. Çünki həmin vaxt mənə gündəlik qazanc lazım idi. Bir gün televiziyada işləməklə bağlı elan gördüm. Orada öncə bizə təhsil, daha sonra iş verdilər.


- Televiziyada sizə bu sənəti sevdirən nə oldu? Nə üçün hazırda televiziyada fəaliyyətinizi davam etdirmirsiniz?

- Televiziyada ilk filmim portret janrında oldu və bu filmim bir çox mükafatlar aldı. Dərinliyinə daldıqca, bu sənəti sevməyə başladım. 26 yaşımda Brüsseldə bakalvr təhsilimi - film məktəbini bitirdim və ilk filmimi 28-29 yaşımda çəkdim. Məhz bu filmim Fransada “Video-art”mükafatını qazandı. Filmin məsuliyyətini hiss edərək ilk başlarda film çəkməyə risk etmirdim. Bir gün müəllimlərimdən biri dedi ki, artıq öz filmini yaratmağın zamanıdır. Mən öz rejissor karyeramı məhz sənədli filmlər üzərində qurdum. Bu sahədəki fəaliyyətimi müəllim kimi davam edərək, televiziyadan uzaqlaşdım.


- Məhşur rejissorların bir çoxu filmləri ilə yanaşı, şəxsi həyatları ilə də gündəmdə olurlar. Adətən bir neçə dəfə evlənib-boşanırlar. Bəs sizin şəxsi həyatınızda bu hallar baş veribmi?


- Şəxsi həyatım kifayət qədər sadədir. Başqa məhşur insanlar kimi bir ailədən digərinə qaçmıram. Bir ailəm var və onu qoruyub saxlamağa çalışıram.



- Sizin rejissorluqda uğur qazanmağınızın əsas səbəbi nə oldu?


- Mənim uğurumun səbəbi bu sahədə etdiyim müəllimlik oldu. Çox da olmasa müəyyən gəlirlərim olurdu. Mən film və müəllimliyi həmişə bərabər tutmuşam. Əgər mən təkcə film sahəsini seçsəydim, gərək kommersiyaya gedərdim. Kommersiya isə mənə görə deyildi. Çünki kommersiyada sən mümkün olmayana belə, özünü inandıraraq çox nəzakətli olmalısan...


- Filmlərinizin çəkilişi və maddi tərəfləri haqqında fikirlərinizi öyrənmək istərdik..


- Filmlərimin reallaşması üçün öncə prodüser tapıram və onlar filmin maddi tərəflərini qarşılayırlar. Bəzən filmin çəkilişi bir ya iki il davam edir. Bunun səbəbi filmi keyfiyyətli etməkdir. Mən ildə 4 ay səyahət edirəm və səyahət etdiyim ölkələrdə müəllimlik fəaliyyəti göstərirən. Bu müddət əzrzində həmin ölkələrdə kiçik filmlər də çəkirəm. Ümumiyyətlə, təhsil sitemində olmağımdan çox məmnunam və bu işdən böyük zövq alıram.

- Azərbaycan haqqında hansı fikirləriniz var?Yerli filmlərimizdən izləmisiniz?


- Azərbaycan çox gözəl və sakit ölkədir. Ölkədə bir çox mədəniyyət mərkəzləri var. Filmlərimin təqdimatı müxtəlif mərkəzlərdə keçirildi və bu cür məkanların ölkənizdə çox olması məni ziyadəsindən artıq sevindirdi. Mən burada olduğum qısa müddət ərzində ölkə haqqında çox xoş xatirələrim oldu. Azərbaycan filmlərindən hələ ki heç birini izləməmişəm.


Leyla Əsədullayeva

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir