Modern.az

Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI

Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI

19 May 2019, 20:08

Bu gün Türkiyədə Qurtuluş Savaşının başlanmasından 100 il ötür. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, 19 may 1919-cu ildə Qutuluş savaşına başlayan Qazi Mustafa Kamal Atatürk anası Zübeydə xanımla vidalaşarkən belə vida edib:

 

“Mən sabah Anadoluya gedirəm, ana. Buralarda nələr olacağı bəlli deyil. Selanikin başına gələnlər buraların da başına gələ bilər. Yurdu mən qurtaracağam. Əlimdən nə gəlirsə onu edəcəyəm. Bu işdə təhlükə çoxdur. Bunu bacara bilməyim daxili rahatlığımdan asılıdır. Məni düşündürməyin, gözüm arxada qalmasın. Məndən ötrü narahat olmayın.  Bu işdə gedib geri dönməmək də var. Haqqını halal et. Məni diqqətlə dinləyin, buralardan ayrılmayın. Hər şey pis olsa belə, bütün pullarınızı xərcləyin. Pulunuz qurtarsa, dəyərli nəyiniz varsa satın. Bir daha deyirəm ki, nə olursa, olsun buralardan ayrılmayın. Bir savaşa gedirəm, bacarmasam, sizi öldürərlər. O zaman mən ölmüş oluram”.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər