Modern.az

Azərbaycanda 18 yaşlı oğlan 60 yaşlı arvadla evlənib

Azərbaycanda 18 yaşlı oğlan 60 yaşlı arvadla evlənib

18 Dekabr 2009, 15:16

60 YAŞLI XEYLİ AĞSAQQAL İSƏ 18-19 YAŞLI QIZLARLA NİKAHA GİRİB Ailə-nikah məsələlərilə bağlı müzakirə olunası mövzular çoxdur. Erkən evlilik, vətəndaş nikahının artması, nikaha girənlərin yaş fərqləri və s. Modern.az son illər Azərbaycanda bağlanılan nikanların rəsmi statistikasında bir sıra maraqlı məqamlar aşkara çıxarıb. Bu, rəsmi izdivaca girən bəy və gəlinn yaşı ilə bağlıdır. Mövzuya dair apardığımız araşdırma nəticəsində məlum olub ki, sən demə Azərbaycanda hələ də 18-19 yaşlı qızların 60 yaşlı kişilərə ərə verilməsi, eyni zamanda 18 yaşlı oğlanın 50-60 yaşlı arvadla evlənməsi halları varmış.

 

Ağbirçək gəlinlər

Dövlət Statistika Komitəsinin ölkədə bağlanılan nikahlarla bağlı

rəsmi statistikasında ən çox maraq doğuran məqam bəy və gəlinin yaşlarının bir-birinə uyğun gəlməməsilə bağlıdır.

Məsələn, 2008-ci illə bağlı rəsmi statistikada göstərilib ki, yaşı 60-dan çox olan 98 qadın ərə gedib. Ən təəcüb doğuran fakt həmin ağbirçəklərin 18-29 yaşlı oğlanlarla nikah bağlamasıdır. Rəsmi statistikada daha 6 nəfər 60 yaşlı qadının isə 30-39 yaşlı oğlanlarla ailə qurduğu qeyd edilib. Rəsmi statistikadakı məlumatlara istinadə edəndə, belə çıxır ki, həmin arvadlar nəvələri və oğlanları yaşda olan şəxslərə ərə gediblər. 2008-ci ildə yaşı 60-dan çox olan 74 nəfər qadın isə öz həmyaşıdları olan ağsaqqallarla nikaha girib.

Ağsaqqal bəylər

Yaşlı kişilərə gəldikdə isə 2088-ci ildə 60-ı arxada qoyan 591 ağsaqqal nikaha girib. Ən çox maraq doğuran fakt odur ki, 2008-ci ildə yaşı 60-dan çox olan bir nəfər bəy 18 yaşənadək olan qızla rəsmi hikah bağlayıb. 4 nəfər ixtiyar qoca isə 18-19 yaşlı qızlarla nikah bağlayıb. 60 və daha çox yaşı olan 12 kişi 20-24 yaşlı, 10 kişi 25-29 yaşlı, 14 kişi isə 30-34 yaşlı xanımlarla rəsmən nikaha girib. Sadalanan rəsmi faktlar isə onu deməyə əsas verir ki, həmin ağsaqallar nəvələri və qızları yaşda olan xanımlarla ailə həyatı qurublar. Maraqlıdır, görəsən müasir zəmanədə doğrudanmı 60-65 kişi 18-19 yaşlı qızla nikaha girir?

Bu faktların həqiqilyi şübhə doğurmaya bilməz. Necə olub ki, validyenlər 18 yaşa yenicə çatmış  qızların babaları yaşda kişilərlə, bığ yeri təcəzə tərləyən oğlanların isə nənələri yaşda arvadlarla rəsmi nikaha girməsinə razı olublar? Həmin nikahlardan bəziləri saxtadır

Araşdırmamız zamanı bəzi Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVADQ) şöbələrinin  əməkdaşlarından bu məsələyə münasibət öyrənməyə çalışdıq. Adı çəkilən idarələrin əməkdaşları belə faktların olduğunu inkar etməsələr də, ortada başqa məqsədlərin olduğunu söyləyənlər də tapıldı. Bakıdakı VVAQD şöbələrindən birində çalışan əməkdaşdan öyrəndik ki, əslində yenicə həddi-buluğa çatmış gənclər ağbirçək və ağsaqqallarla rəsmi nikaha girməklə paytaxtda daimi pasport qeydiyyatına düşə bilirlər. Deməli, həmin nikahların heç də hamısı həqiqi deyil. Bəziləri bu yolla başqa niyyətlərini də gerçəkləşdirməyə çalışırlar. Amma VVAQD əməkdaşları onu da bildirirlər ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatında yaşlı bəylə gənc gəlinin, ya da əksinə, ağbirçək arvadla cavan oğlanın evlənməsinə dair faktların bir çoxu həqiqətdir.

Qeyd edək ki, yuxarıda biz ancaq yaşı 60 və daha çox olan kişi və qadınlar arasında bağlanın nikahlara toxunduq. 40-50 yaşlarında olan bəy və gəlinlərin öz nəvələri yaşda olan şəxslərlə nikaha girmələrinə dair isə daha çox fakt var.

Adəm Qorxmaz

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir