Modern.az

Abbasqulu ağa Bakıxanovun Quranı, möhürü – REPORTAJ  

Abbasqulu ağa Bakıxanovun Quranı, möhürü – REPORTAJ   

20 May 2019, 11:35

Hər il may ayının 18- i dünyada “ Beynəlxalq Muzeylər günü “kimi qeyd olunur.

 

Bu gün 1977- ci ildə “ Beynəlxalq Muzeylər Şurasının” qərarı ilə təsis olunub. Digər ölkələr kimi, Azərbaycanda da “Muzeylər Günü” milli – mənəvi dəyərləri əks etdirən muzeylərdə açıq qapı günü kimi qeyd olunur.                      

İndi isə mən muzeylərə gəzinti ilə bağlı Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi  media tur  sərgüzəştlərindən bəhs etmək istəyirəm.

Saat 10- nun yarısı idi. Mən deyilən  ünvana çatdım.. Hansı ki, avtobus bizi orda gözləyirdi. Yolumuz Qobustana idi.

İlk gedəcəyimiz yer  Qobustan Milli Tarix bədii qoruq  muzeyi idi...Nəhayət Qobustana çatdıq.

“Açıq qapı” günü olduğundan qoruqda çox sayda insan var idi. İlk olaraq bizi qoruğun direktoru Vüqar İsayev və elmi işçi, həmçinin də bələdçi Arzu Umuyeva qarşıladı. İlk diqqətimi çəkən məqam uşaqların bizlərə reaksiyaları oldu. Çünki çox sevinirdilər... Səbəbi isə  kamera və mikrofonların olması idi. Arzu xanım Qobustan qoruğu haqqında yetəri qədər informasiya verdi..

 

Qobustan tarixi abidəsi dünyada qayaüstü incəsənət abidəsidir. YUNESKO-nu siyahısına mədəniyyət abidələrindən biridir...Bu qayaüstü abidə 1939- cu ildə Azərbaycanlı arxeoloq, professor İshaq Cəfərzadə tərəfindən kəşf edilib. Qobustan qoruğu 5 dağdan ibarətdir. Bu 5 dağdan tapılan qayaüstü təsvirlər elmi dildə “ petroqlif “ adlanır. İlk muzey binası 1970 ci ildə, yeni muzey binası isə 2012-ci ilin dekabrında inşa edilib. İlk muzey binasının yerində hazırda müşahidə meydançası yerləşir. 2007- ci ildə Qobustan qoruğu YUNESK-nun mədəni- irs siyahısına daxil edilib. Təkcə Qobustan ərazisində yox, Abşeron, Qarabağ, Kəlbəcər və Naxçıvan ərazilərində də qayaüstü təsvirlərə rast gəlmək olar.

Ümumiyyətlə bu qoruq binası 12 otaqdan ibarətdir. Hər bir otaqla da  tanış oldum. Çox maraqlı və əsrarəngiz ab- hava var idi.. Xarici tursitlər də muzeyə xüsusi bir maraq qatırdı. Əsasən də qaradərili xarici vətəndaşlar.

Qoruğun direktoru Vüqar İsayev bildirib ki, “Açıq qapı” günündə 1200 dən artıq insan bura daxil olub.

Daha sonra isə Anazağa “ mağarasına gəldim. Ona görə belə adlanır ki, bu mağara ana - yəni baş, əsas mağaralardan biri hesab olunur. Həmçinin tədbir də iştirak etdik.

Nəhayət Qobustan səfəri başa çatdı. Biz Bakıya qayıtdıq.

İkinci üz tutduğumuz muzey dahi bəstəkarımız “ara Qarayevin ev muzeyi oldu. Burada da bizi bələdçi Lətifə xanım qarşıladı.

Qara Qarayevin ev muzeyi 2018- ci ildə açılıb və 3 otaqdan ibarətdir. Hər bir otaqda da bəstəkara məxsus şəxsi əşyalar qorunub saxlanılır.Otaqda  300 dən çox eksponat yerləşib.

Bəstəkarın iki hobbisi olub. 1-ci sakit hobbi, yəni fotoaparatla şəkil çəkmək, 2-ci hobbisi isə motosiklet sürmək.

İlk dəfə idi bəstəkarın ev muzeyində olurdum. Ən çox xoşuma gələn isə şəxsi royalı idi...

Sonuncu üz tutduğumuz muzey isə Azərbaycan Milli İncəsənət Muzeyinin yeni açılmış binası oldu.

 

Bu muzey respublikanın ən qədim muzeylərindən hesab olunur.  İlk inşası 1892-1897 ci-illərdə ruslaşmış alman mühəndisi Fonder Nona tərəfindən icra olunur.

Muzeyin kolleksiyası XX əsrin 20 ci illərinin sonlarına təsadüf edir. Əvvəlki adı isə Dövlət muzeyi olaraq qeyd olunurdu. Muzey eksponatlarla zəngindir.    

Bu muzey 1936-cı ildə yaranıb və 1940-cı ildə tanınmış rəssam Rüstəm Mustafayevin adı verilib. 2010 cu ildə muzey milli status  adını alır.Yeni binanın açılışı isə 2019-cu il may ayının 17-də olub.

Muzeydə həmçinin Qərbi Avropa mədəniyyətinin nadir inciləri, rəsmlər, qablar, maddi – mədəniyyət nümunələri qorunub saxlanılır.

 

Mənim də ən çox diqqətimi çəkən 1905 ci ilə aid ölçüsü və çəkisi ağır olan nəhəng “Qurani- kərim” oldu.

Bu xüsusilə namaz otağında saxlanılır. Həmçinin Abbasqulu ağa Bakıxanovun şəxsi Quranı və möhürü də buradadır.Pyotr dövrünə aid çini qablar, portretlər, xalçalar yunan mədəniyyətini əks etdirən eksponatlar bir sözlə hər bir kolleksiya sanki dil açıb bizimlə danışırdı...

 

Jalə Mehdiyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir