Modern.az

Tanıdığınız tanışlar: Məşhur şairi bu şəkildən də görün... 

Tanıdığınız tanışlar: Məşhur şairi bu şəkildən də görün... 

Mədəni̇yyət

21 May 2019, 14:34

Modern.az saytında “Tanıdığınız tanışlar” rubrikasına davam edirik...  

Bu rubrikada böyük əksəriyyətin tanıdığı şəxsin uşaqlıq və ya gənclik şəkli Modern.az-ın əsas səhifəsində təqdim olunur. 

Hamınıza bugünkü siması ilə tanış olan həmin şəxsin nadir şəkli yəqin ki, sizlərdə hansısa təəssüratlar yaradır. 

Rubrikamızın növbəti təqdimatında xəbər lentinə qoyduğumuz şəkli yazıya baxmadan tanıya bildiniz?  
 

Bu şəkildəki şəxs tanınmış şair, kinodramaturq Ramiz Rövşəndir.

Şair, kinodramaturq, tərcüməçi, Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). 

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, "Mozalan" satirik kinojurnal studiyasında redaktor işləyib. 

Azərbaycan Tərcümə Mərkəzində çalışır.

R.Rövşən bir neçə şeirlər kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Polşa, Bolqarıstan, Türkiyə, İranda çap olunub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub