Modern.az

Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ

Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ

Hadisə

21 May 2019, 16:47

Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə kimi Nizami (“Torqovı”) küçəsinə yerli sakinlərin buraxılmaması xəbərinə münasibət bildirib.

Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az saytına açıqlamasında qeyd edib ki, bu barədə mətbuatda verılən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq olunmayacaq:

“Belə məlumatlar şəbəkə təxribatı xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyunudur. Onu hamı sevir və hər hansı məhdudiyyət yolverilməzdir. Əksinə, həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı