Modern.az

Ali məktəblərdə semestr imtahanları niyə fərqli formalarda keçirilir?

Ali məktəblərdə semestr imtahanları niyə fərqli formalarda keçirilir?

22 May 2019, 08:26

Ali məktəblərdə semestr imtahanları fərqli formalarda keçirilir. Bəzilərində sadəcə test yaxud yazı, bəzilərində test, yazı və şifahi üsullarla. Bəs  tək bir sistemə keçmək mümükün ola bilərmi?

Modern.az saytı bu  məsələ ilə bağlı təhsil eksperti Etibar Əliyevin fikirlərini öyrənib.

Ekspert “Boloniya bəyannaməsi”ndə konkret  imtahan modellərinin göstərilmədiyini deyib:

“Konkret olaraq Azərbaycanın 2010-cu ildən qoşulduğu “Boloniya bəyannaməsi”ndə imtahan modelleri göstərilmir. Ona görə də hər bir universitet özünəməxsus formada imtahan təşkil edir”.


Ekspert yazılı imtahanların tələbələrə daha xeyirli olduğunu düşünür:


“Mən düşünürəm ki, yazılı imtahanlarda neqativ hallar istisna olunacaqsa, buna qarantiya veriləcəksə, müəllimin özünün imtahan götürməsi test vasitəsi ilə imtahanlardan daha effektli  olacaq. Bu zaman tələbə danışmaq imkanı əldə edir.  Yazılı olduqda isə tələbədə yazı vərdişləri formalaşır. Əsas çalışmaq lazımdır ki, tələbə ona tədris olan fənləri dərindən mənimsəsin və tələbənin fənni hansı formada mənimsəməsini dəqiq qiymətləndirmək hədəfi olsun. İnsan faktoru deyilən anlayışdan qorxmaq lazım deyil. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində konkret olaraq yazılı və müəllimin birbaşa ünsiyyətlə imtahan götürməsində  tələbənin ziyanına hansısa bir hadisənin baş verməsi inandırıcı görsənmir. Bu sadaladığım ali məktəblərdə çox ciddi  tədris islahatları aparılmaqla yanaşı, tələbənin  biliklərinin qiymətləndirilməsi istiqamətində də yeniliklər edilib”.


E.Əliyev imtahan sistemlərinin sintezinin ali məktəblərin özündən aslı olduğunu bildirib:

“İndiki ali məktəblərin əksəriyyətində kamera quraşdırılıb. Mən bir neçəsində ictimai nəzarət şurasının üzvü kimi monitorinqdə olmuşam, yəni bu vəziyyətdə köçürmə ehtimalı çox aşağıdır. Bayaq adını çəkdiyim ali məktəblərdə bu kimi hallar qeyri-mümkündür, çünki dərhal həmin tələbələr ifşa olunur və onlar haqqında qərar qəbul olunur. Hər halda  ali məktəb tələbəsi ixtisası və digər fənləri həm yazılı şəkildə, həmdə şifahi şəkildə izhar edə bilməlidir, yoxsa testə alüdəçiliyə nəhayət son qoyulacaq. Mən düşünürəm ki, testlərin xarekterindən aslı olmayaraq test üsulu bir o qədər öz gücünü itirməyib. Bu sistemlər bir-birlərini tamamlasa,  daha yaxşı mütəxəssis hazırlığına gətirib çıxara bilər. Yəni bu sistemlərin sintezi və mövcudluğu ali məktəblərin öz xarekterindən asılıdır”.

Novruz NOVRUZLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?