Modern.az

Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel

Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel

Mədəni̇yyət

23 May 2019, 08:24

“O, meydanda ildırım kimi sürətli və çox cəsarətli biriydi. Onda bu xüsusiyyətlərə sahib qolkiper tapmaq çətin idi və ona görə də dünyanın ən yaxşısı idi”. Bu fikirlər “Mançester Yunayted’in canlı əfsanəsi Ser Aleks Ferqyussona aiddir. Ferqyussonun onun haqda hər dəfə belə tərifli ifadələr işlətməyi normal idi, çünki o illərdə “Yunayted”in İngiltərə futboluna dominantlıq etməsində Peter Şmeyxel bir qolkiper kimi əvəzsiz rol oynayırdı.

Şmeyxelin “Mançester Yunayted”də son matçında - Çempionlar Liqasının finalında kapitan kimi meydana çıxması və vurduqları iki qolla qalib olmaları hələ də futbol aləmi tərfindən unudulmayıb.

 

Modern.az saytı bu möhtəşəm qolkiperin həyat yolu və futbol karyerasına nəzər salır.  

 

Həyatı və futbola ilk gəlişi

 

1963-ci ildə Danimarkanın Qladsaxe bölgəsində dünyaya gələn Peter futbola 8 yaşında başlayıb. İlk klubu “Hoje-Qladsaxe”də Şmeyxel diqqətləri özünə çəkə bilir. Qısa müdətdə ölkənin ən böyük futbol akademiyalarından biri olan olan “Hero”ya transfer olunur. Akademiyadan da əsas komandaya yüksələn Şmeyxel burada ilk məşqçisi Svend Hansen ilə tanış olur. Hansen komandanın aşağı liqaya düşməsi dəqiqləşəndən sonra oyunlarda gənclərə şans verməyə başlayır. Bir sonrakı mövsüm klubun aşağı liqaya düşməməsi üçün son matçda qalib gəlməsi lazım olur və Şmeyxel matçda mükkəmməl oynayır, onlar qalib gəlirlər. Oyunun ardından məşqçinin qızı Bente onu təbrik edir və o tanışlığın sonu evliliklə bitir.

 

Canlı əfasanə olmağa gedən yollar

 

Daha sonra Danimarkanın ən böyük klublarından “Brondbü” ilə müqavilə imzalayır. 1987-ci ildə “Brondbü” çempionatə qalib başa vurur. Bundan sonra Şmeyxel də Danimarka milli komandası ilə ilk dəfə debüt edir. Artan performansı onu 1988-ci ildə Avropa Çempionatında millisinin qapısını qorumağa gətrib çıxarır.

 

Möhtəşəm transfer və nailiyyətlər

 

6 avqust 1991-ci ildə Şmeyxel karyerasının ən möhtəşəm transferini həyata keçirir və “Qırmızı şeytanlar”la müqavilə bağlayır. 1991-1992-ci il  mövsümündə “Mançester Yunated” çempionatda ikinci olur və Liqa kubokunu klub tarixində ilk dəfə qazanır. “Yunated” 26 ildir çempionatda qalib ola bilmirdi. Çempionluğa namizəd “Aston Villa”nın son oyunda  gözlənilməz məğlubiyyəti, “Mançester Yunayted” – “Bləkbörn” matçında azerkeşləri klubun çempionluğuna inanmağa başlayır. Peter bu matçla bağlı belə deyib:

“İlk 10 dəqiqə çox pis oynadıq və 0:1 hesabı ilə uduzurduq, hamı bir-birinə baxırdı və daha sonra dedik ki, biz ilk Premyer Liqa çempionuyuq, belə oynaya bilmərik. O andan sonra mövsümün ən yaxşı futbolunu oynamağa başladıq”.

İnanılmaz “Old Trafford” atmosferində çempionluq kuboku Erik Kantona və Şmeyxelin əlində havaya qalxır. Bu uğurdan sonra yenidən 1993-cü ildə “Dünyanın ən yaxşı qolkiperi” adına layiq görülür.

 

Avropa çempionluğu və əfsanə qurtarış

 

Sonrakı uğur isə Danimarka millisi ilə 1992-ci il Avropa Çempionatının qalibi olması idi. Yarımfinalda hollandiyalı əfsanə Marko van Bastenin penaltisini qaytaran qapıçı ölkəsini çempionluğa inadırır və finalda Almaniyanı 2-0 hesabı ilə məğlub edib çempion olurlar. Həmin il Şmeyxel “Dünyanın ən yaxşı qapıçısı” seçilir.

 

“Yunayted” karyerasının möhtəşəm sonluğu

 

1998-ci ildə Fransadakı Dünya Çempionatından sonra 35 yaşlı qapıçı klubuna yorğun qayıtmışdı. Bir mövsüm daha oynaya biləcəyindən əmin olmadığını  klub prezidentinə bildirir və o da “bu, sənin üçün son mövsüm, yaxşı bir mövsüm olsun” deyir. 1998-1999-cu il mövsümü Peterin “Qırmızı Şeytanlar”daki möhtəşəm karyerasının son ili olur. Bu mövsümdə Premyer Liqa və Federasiya kuboklarının ardından “Bavariya” ilə Çempionlar Liqası finalında qarşılaşır. Kapitan Roy Kin cəzasına görə oynayamayacağı üçün Aleks Ferqyusson kapitanlığı klubdakı son matçına çıxan Şmeyxelə verir. Dünya futbol tarixinin yaddaşından silinməyən bu matç son dəqiqələrinə qədər “Bavariya”nın 1-0 hesablı üstünlüyü ilə davam edirdi. Amma həmin mövsümdə “Yunayted” klubu bir neçə dəfə güclü bir xarakter göstərib son dəqiqə qolları ilə qalib gəlmişdi. Bu oyunda da iki künc zərbəsi sayəsində qol vuran “Qırmızı  Şeytanlar” möhtəşəm geridönüşlə qalib olaraq, kuboku kapitanın əllərində havaya qaldırdı. O, son mövsümündə qazandığı 3 kubokla əfsanəsi olduğu klubla vidalaşır.

 

Qeyd edək ki, Şmeyxel “Yunayted” klubunda 8 mövsüm keçirib.

 


39 yaşında futboldan getdi

 

Şmeyxel sonra “Sportinq Lissabon”da 2 il keçirdi və 38 yaşı olanda qolkiper bəzi Premyer Liqa klublarından təkliflər aldır. Nəticədə “Aston Villa” ilə müqavilə bağladı, hətta burda 1 qol da vurdu. Sonra qapıçı 39 yaşında yenidən Mançester şəhərinə qayıtdı, amma bu dəfə Premyer Liqaya yeni yüksələn “Mançester Siti”yə transfer olundu. Və 1 mövsüm burda oynadı.
Yeni klubunda ilk dəfə “Yunayted”ə rəqib olan Şmeyxeli görən rəqib futbolçu Harri Nevil onun xəyanət etdiyini deyir, qolkiper isə bu reaksiyaya normal yanaşır: “Çünki mən də onun kimi reaksiya verərdim”.
Oyunqabağı məşqdə zədələnən Şmeyxel matça çıxa bilmir. O sonra açıqlama verir ki, “həyatımda yeganə zədəydi ki, mən sevinirdim, çünki oyuna çıxa bilməyəcəkdim”.
“Mançester Siti” onun karyerasındakı son klub oldu. 


Şmeyxlin kubokları:

 

Karyerasında 1 dəfə Çempionlar Liqasında, 1 dəfə UEFA Super Kubokunda, 5 dəfə Premyer Liqada, 3 dəfə Danimarka çempionatında, 1 dəfə Portuqaliya çempionatında, 3 dəfə Federesiya kubokunda və 1 dəfə Liqa kubokunda qalib  olub. Əfsanəvi qapıçı karyerasını bu ifadələrlə bitirib: “Karyeramın hər anından məmnunam. “Mançester Yunayted’də oynamaq bütün həyatım boyu arzum olub və burda oynadığım üçün özmü çox xoşbəxt hiss edirəm”.

 

Peter Şmeyxelin oğlu Qasper Şmeyxel hazırda Danimarka milli komandası və “Lester Siti’nin qapısını qoruyur.

 

Novruz NOVRUZLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır