Modern.az

Yerə metereoid düşdü - VİDEO

Yerə metereoid düşdü - VİDEO

Dünya

23 May 2019, 22:53

Cənubi Avstraliya polisi keçən həftə Mount Gambier şəhəri yaxınlığında düşən metereoidin təhlükəsizlik kamerasına yansıyan görüntülərini paylaşıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, polis paylaşdığı görüntüyə "xalqım, yadplanetlilərə diqqət edin"- açıqlamasını verib.

 

Cənubi Avstraliya polisindən bildirilib ki,  Gambier dağındakı təhlükəsizlik kameramız bu qeyri-adi atəş topunu çərşənbə axşam 22:46-da qeyd edib. Polis əhalini yadplanetlilərlə bağlı daha diqqətli olmağa çağırıb və hər hansı şübhəli məqama rast gəldiklərində polisə bildirmələri barədə xəbərdarlıq yayıb.

 

Polisin bu paylaşımı bir çox sosial media izləyicisi tərəfindən komik hesab edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü