Modern.az

“Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq” - İlham Əliyev

“Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq” - İlham Əliyev

23 May 2019, 23:19

“Artıq ənənə halı alan iftar mərasimləri dövlət-din münasibətlərinin bariz nümunəsinə çevrilib. Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanır”.

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında verdiyi iftar süfrəsində çıxışı zamanı bildirib.

 

Dövlət başçısı onların şəxsi dostluğunun, xalq və Vətən qarşısında gördükləri işlərin bugünkü Azərbaycanın uğurlu inkişafına şərait yaratdığını vurğulayıb: “Dünyada gərginliyin davam etdiyi bir vaxtda Azərbaycanda sabitliyi qorumaq, xalqın rifahını yaxşılaşdırmaq və ölkəmizi mümkün risklərdən qorumaq bizim əsas vəzifəmizdir. Biz müasir dövlət qurmuşuq. O dövlət ki, dərin milli-mənəvi təməl üzərində qurulub”.

Prezident İlham Əliyev İslam dəyərlərini milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi kimi xarakterizə edib.

Prezident  Azərbaycanın İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya çatdırdığını və bu fəaliyyətin bundan sonra da davam etdiriləcəyini bildirib.

 

Dövlət başçısı müsəlman ölkələri ilə dostluq və qardaşlıq əlaqələrinə malik Azərbaycanın bütün müsəlman ölkələri ilə sıx əlaqələr qurduğunu və beynəlxalq müstəvidə bir-birini daim dəstəklədiyini diqqətə çatdırıb.

Prezident Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verdiyini vurğulayıb.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir.

 

“Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq”, - deyən dövlət başçısı Cocuq Mərcanlı kəndinin və orada Şuşa məscidinin bənzərinin inşa olunmasının xalqımızın əyilməz ruhunu təcəssüm etdirdiyini bildirib.

Qeyd edib ki, Azərbaycanda tarixi, dini abidələr qorunur və son illərdə yüzlərlə məscid tikilib, təmir edilib. Ölkəmizdə dinlərarası münasibətlər də ən yüksək səviyyədə tənzimlənir. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparıldığı mərkəzə çevrilib.

Prezident İlham Əliyev Azərbaycanın uğurlu, dayanıqlı inkişafının bundan sonra da təmin olunacağını, ölkə qarşısında duran vəzifələrin icra ediləcəyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi