Modern.az

İslam milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir

İslam milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir

24 May 2019, 08:12

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ötən axşam Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında təşkil olunan iftar mərasimində iştirak ediblər.

Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu yaxınlarda həmin ziyarətgahda olarkən iftar süfrəsinə dəvət edilmişdilər.

İftar mərasiminə toplaşanlar Azərbaycandakı sosial-iqtisadi inkişafa, əmin-amanlığa görə təşəkkürlərini bildiriblər. Onlar Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizin inkişafı istiqamətində gördükləri işləri yüksək qiymətləndirdilər, belə mərasimlərin tezliklə Qarabağda da keçiriləcəyinə əminliklərini ifadə ediblər.

Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun sakinləri ilə görüşməkdən şad olduğunu bildirib, müqəddəs ramazan ayında onların dualarının qəbul olunmasını və Allah-taalanın ölkəmizi hər zaman qorumasını arzulayıb.

İftar mərasimində "Qurani-Kərim”dən ayələr və iftar duası oxunub.

Müqəddəs Kitabımız olan "Qurani-Kərim”in nazil olduğu ramazan ayı insanların qəlbini nurlandıran, onları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda xeyirxah əməllərin, mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Mübarək ramazan günlərində gözəl ənənəyə çevrilən iftar süfrələrinin təşkil edilməsi də cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir. Ramazanın önəmli mərasimlərindən biri olan iftar süfrələrinin mənası sadəcə ehtiyacı olanlara yemək vermək deyil, paylaşmaq, yaxınlaşmaq, birlikdə Allaha dua etməkdir. Azərbaycan dövləti çox möhkəm milli dəyərlər üzərində qurulub. İslam dəyərləri isə milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir.



Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir