Modern.az

YAP Gənclər Birliyinin üzvləri Milli Məclisin rəhbərliyi ilə görüşdülər

YAP Gənclər Birliyinin üzvləri Milli Məclisin rəhbərliyi ilə görüşdülər

24 May 2019, 10:33

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi üzvlərinin Milli Məclisə səfəri təşkil olunub.

 

Modern.az xəbər verir ki, ilk olaraq gənclər parlamentin inzibati binasında yerləşən ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

 

Daha sonra Heydər Əliyev Muzeyi və parlamentin iclas zalı ilə tanışlıq olub. Səfər çərçivəsində parlament nümayəndələri ilə gənclərin görüşü də keçirilib.

 

Gəncləri Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, sədr müavinləri Bahar Muradova və Valeh Ələsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qəbul edib. 

 

Görüşdən sonra keçirilməsi nəzərdə tutulan dəyirmi masalarda müxtəlif məsələlər üzrə geniş müzakirələrin aparılması nəzərdə tutulur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir