Modern.az

Bahar Muradova: “Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik”

Bahar Muradova: “Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik”

Aktual

24 May 2019, 11:14

“Bu gün biz Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik. Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvləri ilə görüşündə deyib.

 

B.Muradova deyib ki, Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər.

 

Vitse-spikerin sözlərinə görə, bu insanların irsini qorumaqla yanaşı, müasir Azərbaycan dövlətini də qorumalıyıq.

 

O qeyd edib ki, Azərbaycanda parlamentarizm ənənələri qədimdən mövcud olub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir