Modern.az

60 yaşlı kişinin boğazı kəsilərək öldürüldü - cinayət işi başlandı

60 yaşlı kişinin boğazı kəsilərək öldürüldü - cinayət işi başlandı

24 May 2019, 12:32

Bakıda 60 yaşlı kişinin boğazı kəsilərək qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.

 

Bakı Şəhər Prokurorluğundan Modern.az-a verilən məlumata görə, mayın 24-də 1959-cu il təvəllüdlü Şamil Xələfovun bıçaqlanaraq öldürülməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Dərhal məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Polis və prokurorluq əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxs (və ya şəxslərin) dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir