Modern.az

Deputatdan mitinq keçirmək istəyənlərə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar”

Deputatdan mitinq keçirmək istəyənlərə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar”

Aktual

24 May 2019, 18:04

"Bu gün hər hansı bir mitinqə, etiraz aksiyası keçirməyə heç bir zəmin yoxdur".

Bu barədə Modern.az-a açıqlamasında deputat Kamilə Əliyeva bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycanda əsl inkişaf, əsl tərəqqi, əsl çiçəklənmə, islahatların yeni dalğası yaşanır:

“Təbii ki, Azərbaycan demokratik, hüquqi, demokratik, dünyəvi dövlətdir. Ölkəmizdə bütün insan hüquq və azadlıqları ölkə Konstitusiyası ilə təsbit olunub. O cümlədən, insanların söz, ifadə, sərbəst toplaşımaq azadlığı həm Konstitusiyamızda, həm də müvafiq qanunvericilik aktlarımızda əksini tapıb. Mövqeyindən, baxışlarından, siyasi, sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir fərd, insan, siyasi təşkilat bu hüquqlardan sərbəst yararlanmaq hüquqlarına malikdir və bu hüquqlardan yararlanmaq üçün ölkədə hər cür şərait yaradılıb. Kimsə bundan gileylənə, şikayət edə bilməz. Amma bir məsələ də var ki, hansısa etiraz aksiyası, mitinq və yürüş üçün bir əsas, zəmin olmalıdır. Belə bir əsas və zəmin isə ortada yoxdur. Ortada olanlar, sadəcə, bəzi uğursuzların iddialarıdır. Bu gün Azərbaycanda əsl inkişaf, əsl tərəqqi, əsl çiçəklənmə, islahatların yeni dalğası yaşanır. Bunları görməmək mümkün deyil, insafsızlıq və ədalətsizlikdir”.

Azərbaycanın həm də dünyanın, regionun sabitlik və təhlükəsizlik adası olduğunu vurğulayan deputatın fikrincə, ölkəmiz milli və dini tolerantlıq mərkəzi, siyasi, hərbi, iqtisadi, humanitar dialoq məkanıdır:

“Həmçinin, dünyanın hər bir ölkəsində, ən inkişaf etmiş, ən qabaqcıl ölkələrdə belə problemlər var, Azərbaycan da bunlardan xali deyil. Amma əsas odur ki, bunları, problemləri ilk növbədə Azərbaycan dövləti görür və bir-bir aradan qaldırır. Odur ki, artıq hansısa dairələrin, uğursuzların bəhanələrinə də yer qalmır. Məsləhətimiz odur ki, artıq gedib bir işin qulpundan yapışsınlar". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı