Modern.az

Koçaryanı azadlığa buraxan hakim istefa verdi  

Koçaryanı azadlığa buraxan hakim istefa verdi  

Aktual

24 May 2019, 18:14

Ermənistan Ali Məhkəmə Şurasının sədri Qaqik Arutyunyan istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı Arutyunyanın bəyanatına istinadən məlumat yayıb.

 

Arutyunyanın sözlərinə görə, o, ölkədə məhkəmə sisteminə qarşı yönəlmiş növbəti etiraz dalğasından sonra vəzifədə qalmağı məqsədəuyğun hesab etməyib.

 

Onun bu bəyanatından sonra qardaşı, general-leytenant Arzuman Arutyunyan Ermənistan Milli Təhlükəsizlik Şurasının direktor müavini vəzifəsindən istefa verib.

 

Xatırladaq ki, Ali məhkəmə mayın 18-də 27 iyul 2018-ci ildə həbs edilən Ermənistanın sabiq prezidenti Robert Koçaryan azad edib.

 

Mayın 20-də Baş nazir Nikol Paşinyan ölkədə məhkəmə islahatlarının aparılmasının zəruriliyini bəyan edib.

 

Elə həmin gün Baş nazirin tərəfdaşları ölkədə bütün məhkəmələrə girişləri bağlayıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü