Modern.az

Şabranda oğurluq edən şəxs tutulub  

Şabranda oğurluq edən şəxs tutulub  

24 May 2019, 19:05

Şabranda oğurluq edən şəxs tutulub.

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may ayının əvvəlində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə qanunsuz daxil olaraq oradan 2350 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini Əhmədxan Qurbanov saxlanılıb.

 

Dindirilmə zamanı Ə.Qurbanov törətdiyi cinayət əməlini etiraf edib. Araşdırmalarla məlum olub ki, o, tanışı Emin Dadaşovla birlikdə həmin evə gecə vaxtı pəncərədən daxil olaraq, zərərçəkmişə məxsus pulları qanunsuz olaraq ələ keçiriblər. Sonra həmin pulları Bakıya gedərək orada xərcləyiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı