Modern.az

Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR  

 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR  

24 May 2019, 19:14
 

Bu gün Birləşmiş Ərəb Əmirliklərində Zayed Humanitar Günüdür.

 

Modern.az xəbər verir ki, 1966-cı ildən Əbu-Dabi Hakimi, və 1971-ci ildə BƏƏ dövləti təsis edildiyi tarixdən vəfat edənə qədər ölkənin prezidenti olmuş Şeyx Zayed xeyirxahlıq və humanitar iş prinsiplərini qüvvədə saxlayan xeyirxah ərəb və dünya dövlət xadimi kimi sevilmiş və ona ehtiram göstərilmişdir. Zayed Humanitar Günü, çarəsiz insanların həyat şərtlərini asanlaşdırmaq üçün ərsəyə gəldi. Şeyx Zayedin irsinin bir hissəsi kimi, BƏƏ-nin donor təşkilatları fəlakət vəziyyətində olan, yardım tələb edən insanlara, qaçqınlara  dərhal cavab verir.

 

Prezident  Şeyx Xəlifə Bin Zayed Əl Nahyanın rəhbərliyi altında, BƏƏ dünya miqyasında ehtiyac sahibi insanlara dəstək verməklə Şeyx Zayed irsinə riayət etmişdir. 2017-ci ildə BƏƏ dövləti beşinci dəfə idi ki, ümummilli gəlirə nisbətdə Rəsmi İnkişaf Yardımı (RİY) sahəsində 1.31% ilə ən böyük beynəlxalq donorlar arasında birinci yeri tutmuşdur. Bu göstərici isə donor ölkələrinin səylərinin ölçülməsi üçün BMT tərəfindən təsis edilmiş qlobal standartın, yəni 0.7%-in iki qatı deməkdir.

 

Vurğulamaq lazımdır ki, Azərbaycan dövləti tərəfindən göstərilən humanitar və inkişafa yardım fəaliyyəti  dünyada yardıma ehtiyacı olan insanlara zamanında və effektiv yardım göstərmək və bu insanların həyat şəraitini yaxşılaşdırmaqda nümunəvidir.

 

Cari ildə bu görkəmli gün müqəddəs Ramazan ayının 19-cu günü ilə üst-üstə düşür. 

 

Bakıdakı BƏƏ səfirliyi də, öz növbəsində, Şeyx Zayed irisnə və Azərbaycanda qarşılıqlı dostluq və qardaşlıq prinsiplərinə sədaqətini nümayiş etdirir. BƏƏ Qırmızı Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində səfirlik bu mübarək günlərdə sevinc yaymaq üçün Ramazan ərzaq bağlamaları paylayır, İftar süfrəsi təşkil edir. Bu günün sayəsində, biz fürsətdən istifadə edərək, insan olmağın, xeyirxahlığn, yardımlaşmaq və dəstək verməyin dəyərini göstəririk. 

 

Bu mühüm gündə, səfirlik bizim əziz Azərbaycan dövləti və xalqına ən səmimi firavanlıq və əmin-amanlıq arzularımızı çatdırır. 

 

Əlahəzrət Mohamed Alqubaisi

BƏƏ-nin Azərbaycan Respublikasındakı səfiri

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir