Modern.az

İnterpol qətl törədən azərbaycanlını axtarır

İnterpol qətl törədən azərbaycanlını axtarır

24 May 2019, 20:28

İnterpol Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsi axtarışa verib.

 

Modern.az “Trend”ə istinadən xəbər verir ki, axtarışa verilən Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Xalid Tağıyev qəsdən adam öldürməkdə günahlandırılıb.

 

X.Tağıyev barəsində cinayət işi başlansa da, o, istintaqdan yayınıb. Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib və barəsində axtarış elan edib.

 

İnterpol həmin qərar əsasında X.Tağıyev barəsində beynəlxalq axtarış elan edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub