Modern.az

Nursultan Nazarbayev Fəxri prezident oldu

Nursultan Nazarbayev Fəxri prezident oldu

24 May 2019, 21:27

Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verilib.

Şuradan Modern.az-a verilən məlumata görə, qərar Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Qazaxıstanın keçmiş Prezidenti N.Nazarbayevlə görüşündən sonra keçirilən mətbuat konfransında elan edilib.

 

N.Nazarbayevə fəxri ad türk dünyasının inkişafı üçün xüsusi xidmətlərinə görə Türk Şurasına üzv ölkələrin başçılarının qəbul etdikləri qərara əsasən verilib.

 

N.Nazarbayev türk xalqları arasında əlaqələri inkişaf etdirmək və gücləndirmək üçün bundan sonra da lazımi dəstək verəcəyini bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?