Modern.az

Bakıda Argentinanın milli günü qeyd edildi

Bakıda Argentinanın milli günü qeyd edildi

Aktual

24 May 2019, 22:17

Bu gün Argentinanın Azərbaycandakı Səfirliyi ilk Milli Hökümətin 209-cu ildönümü münasibətiylə rəsmi dəvət keçirib.

 

Səfirlikdən Modern.az-a verilən məlumata görə, hər iki ölkənin dövlət himni səsləndikdən sonra Argentinanın Azərbaycana yeni təyin olunmuş səfiri Serxio Perez Gunella çıxış edib. Səfir iki ölkə arasında olan əlaqələri dərinləşdirmək üçün böyük potensialın mövcudluğunu xüsusi qeyd edib.

 

Səfir çıxışının sonunda sözü Azərbaycanın Xarici İşlər Nazirinin xüsusi tapşırıqlar üzrə səfiri Fərid Abdinbəyova verib. Öz novbəsində F. Abdinbəyov Azərbaycan hökuməti adından Argentina xalqını Milli Bayramı münasibəti ilə təbrik edib.

 

Tədbirdə Azərbaycanda akkreditasiya olunmuş xarici ölkə səfirləri, yerli hökümət işçiləri, şirkət nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər.

 

Ziyafətdə, həmçinin yerli rəqqaslar tərəfindən tanqo şousu nümayiş olunub və Argentinanın milli mətbəxinin təamları qonaqlara təqdim olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır