Modern.az

Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı

Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı

25 May 2019, 00:21

Ötən il Gürcüstan iqtisadiyyatına 1 mlrd. 232,4 mln. ABŞ dolları həcmində investisiya yatırılıb.

 

Modern.az  “Report”a istinadən xəbər verir ki, bu barədə ötənilki dövlət büdcəsinin icrası haqqında sənəddə bildirilir.

 

İllik müqayisədə qonşu ölkəyə qoyulan sərmayələrin həcmi 34,9% azalıb.

 

Hesabat ilində Gürcüstanın ən böyük investoru 240 mln. dollarla Azərbaycan olub. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Böyük Britaniya (203,7 mln. dollar) və Niderland (167,9 mln. dollar) qərarlaşıb.

 

Sənəddə qeyd olunub ki, 2018-ci ildə ən çox investisiya maliyyə (277 mln. dollar), nəqliyyat (210 mln. dollar) və energetika (157 mln. dollar) sahələrinə yatırılıb.

 

Dövlət büdcəsinin icrası haqqında sənəd mayın 27-də Gürcüstan parlamentinin büro iclasında təqdim olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi