Modern.az

Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı

Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı

Dünya

25 May 2019, 00:25

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili mayın 29-da Ukraynaya qayıda bilər.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın “UNN” agentliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Mixail Saakaşvili mayın 29-da Ukraynaya qayıdacaq.

 

Qeyd edək ki, 2015-ci ilin may ayında Ukrayna vətəndaşlığı alan M.Saakaşvili 2017-ci ilin dekabrında Petro Poroşenkonun göstərişi ilə bu vətəndaşlıqdan məhrum edilib. 12 fevral 2018-ci il tarixdə o, Kiyevdə saxlanılaraq Polşaya göndərilib.

 

Ukraynanın Sərhəd Xidməti Saakaşvilinin ölkəyə qayıtmasına 2021-ci ilə kimi qadağa tətbiq edib. May ayının 22-də Ukraynanın yeni prezidenti Vladimir Zelenskiyə məktub yazan M.Saakaşvili yenidən Ukrayna vətəndaşlığı ilə təmin olunması üçün xahiş edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı