Modern.az

"Qızıl buts" 6-cı dəfə ona qismət oldu

Aktual

25 May 2019, 13:18

İspaniyada “Qızıl buts” mükafatının qalibi məlum olub.

 

Modern.az xəbər verir ki, geridə qalan mövsümdə çempionatda 36 qol vuran “Barselona”nın super ulduzu Lionel Messinin “Qızıl buts” mükafatını qazanacağı dəqiqləşib.

Messinin bu yarışda ən yaxın izləyicisi “PSG”dən Kilian Mbappe idi. Fransız hücumçu Liqa 1-in son turunda 1 dəfə fərqlənərək, bu mövsümü 33 qolla tamamlayıb. Digər bir rəqibi isə “Sampdoria”un forvardı Fabio Kvalyarelladır.O, sona bir tur qalmış 26 qol vurub. Onun Messiyə çatmağı mümkünsüz görünür, çünki gərək o “Yuventus”la görüşdə 11 dəfə fərqlənsin.

 

Qeyd edək ki, Messi karyerası ərzində 6-cı dəfə bu mükafata layiq görüləcək. 31 yaşlı oyunçu bundan əvvəl 2009-10, 2011-12, 2012-13, 2016-17, 2017-18 mövsümlərində  "Qızıl buts"un sahibi olub.

 

Novruz NOVRUZLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!