Modern.az

ARDNŞ dəm qazından boğulmaların artmasına aydınlıq gətirdi

ARDNŞ dəm qazından boğulmaların artmasına aydınlıq gətirdi

18 Dekabr 2009, 18:03

“Azəriqaz” İB respublika üzrə qaz təsərrüfatının təhlükəsizliyi və təbii qazdan səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə gücləndirilmiş iş rejimində işlədiyini bəyan edib. ARDNŞ-in mətbiat xidmətindən Modern.az-a verilən məlumata görə, “Azəriqaz”-ın mütəxəssisləri tərəfindən mənzillərə texniki baxış keçirilir, təbii qazdan təhlükəsiz istifadə qaydaları haqqında abunəçilərin maarifləndirilməsi üçün yaddaş vərəqləri paylanılır. Bakı şəhəri Baş İstehsalat Qaz İdarəsində istehlakçılarla birbaşa telefon əlaqəsi saxlamaq üçün qaynar xətt yaradıldığı bildirilir. Respublika ərazisində qaz istehlakçılarının mənzillərinə baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə hallarının dərhal aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsi, qaz verilişinin dayandırılması, uyğunluq sertifikatı olmayan xaricdə istehsal olunan qaz cihazlarının istismardan çıxarılması, mənzillərdə və ya digər sahələrdə layihədən kənar quraşdırılmış qaz cihazlarının istismarının dayandırılması, rezin şlanqlardan istifadə hallarının qarşısının alınması, hava çəkmə kanallarının və tüstü bacalarının təmizlənib işlək vəziyyətə gətirilməsi haqqında aidiyyatı üzrə tapşırıqlar verilib. Yaşayış binalarının qeyri-yaşayış məqsədilə istifadə olunan zirzəmilərində və 1-ci mərtəbələrində təbii qazdan istifadə hallarının aşkar edilib müvafiq tədbirlərin görülməsi, yeraltı qaz kəmərlərinə, avadanlıqlara nəzarətin gücləndirilməsi, yataqxanalarda, təhsil və səhiyyə müəssisələrində, uşaq bağçalarında, əlillər evlərində təbii qazdan qeyri-qanuni istifadə hallarını aşkar edib təcili tədbirlərin görülməsi, aşkar edilən qanunsuz halların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı işlər aparılır. Bununla əlaqədar olaraq, Bakı şəhəri və digər bölgələr üzrə keçirilən reydlər zamanı rezin boru birləşmələri, uyğunluq sertifikatı olmayan qeyri-standart su qızdırıcıları və İran sobaları, qanunsuz qoşulma halları aşkar edilərək ləğv edilir, sayğaca müdaxilə etmiş, qaz xəttinə qeyri-qanuni olaraq qoşulan abonentlərin qaz təchizatı fərdi qaydada dayandılır, həmin abunəçilər barəsində, eləcə də qaz kəmərlərinin üzərində, mühafizə zonalarında tikilmiş yaşayış evlərinin və digər təyinatlı obyektlərin köçürülməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı qurumlara müraciət edilir. Bütün Qaz İstismar İdarələrinə bununla bağlı nəzarətin gücləndirilməsi haqda tapşırıqlar verilib. “Yaşayış binalarında, eləcə də fərdi mənzillərdə tüstü bacalarının təmizlənməməsi bu gün ən aktual probelmlərdən biri kimi qalmaqdadır. Bunun nəticəsidir ki, təbii qazdan istifadə olunan zaman “dəm qazı”ndan zəhərlənmə hallarının sayı artır. Bununla bağlı hadisələrin yaranma səbəblərinin müəyyən edilməsi, onların qarşısının alınması məqsədilə "Azəriqaz" İB-də təcrübəli mütəxəssislərdən ibarət xüsusi qərargah yaradılıb. Burada baş verən hadisələrin səbəbləri araşdırılır, gələcəkdə bir daha belə halların təkrarlanmaması üçün tədbirlər proqramı işlənib hazırlanır”-deyə ARDNŞ-dən verilən açıqlamada bildirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı