Modern.az

Respublika fənn olimpiadalarının nəticələri AÇIQLANDI

Respublika fənn olimpiadalarının nəticələri AÇIQLANDI

Təhsil

27 May 2019, 18:11

Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri bəlli olub. Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə  274 nəfər qalib elan olunub.

 

Modern.az.az xəbər verir ki, olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimpiada.edu.az saytından əldə etmək mümkündür.

 

Olimpiada qaliblərinin mükafatlandırılma mərasimi iyunun sonlarında keçiriləcək.

 

Qeyd edək ki, mayın 5-də ADA Universitetində informatika, 25-də isə Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib.  

 

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

 

Respublika fənn olimpiadası “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

 

Respublika fənn olimpiadalarının nəticələri :

 

Azərbaycan dili

Biologiya

Coğrafiya

Fizika

İnformatika

Kimya

Riyaziyyat

Tarix

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır