Modern.az

Bakıda bacı öz böyrəyini kiçik qardaşına bağışladı

Bakıda bacı öz böyrəyini kiçik qardaşına bağışladı

Hadisə

29 May 2019, 09:57

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolanın rəhbərliyi ilə unikal böyrəkköçürmə əməliyyatı  həyata keçirilib.


Cərrahın Modern.az-a bildiryinə görə, pasiyent uşaqlıqdan xroniki böyrək çatışmazlığından əziyyət çəkib: “Məlum olduğu kimi, hemodializ seansları heç də rahat və xəstəyə yan təsirsiz ötüşməyib. Ona görə də erkən yaşda böyrək transplantasiyası xroniki böyrək çatışmazlığı olan pasiyentlər üçün ən ideal müalicə üsulu hesab edilir. Bizim halda 30 yaşlı qadın-xəstənin bacısı 19 yaşlı qardaşının donoru oldu. Bu, doğma ruhların fədakarlıq nümunəsi idi. Komandamızın gərgin əməyi sayəsində əməliyyat uğurla keçdi. Pasiyent evə tamamilə yaxşı vəziyyətdə yola salındı”.


Xatırladaq ki, Rəşad Şolan urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır