Modern.az

“Çelsi” Avropa Liqasının qalibi oldu - VİDEO - YENİLƏNİB

“Çelsi” Avropa Liqasının qalibi oldu - VİDEO - YENİLƏNİB

30 May 2019, 00:55

“Çelsi”-“Arsenal” oyunu yekunlaşdı. “Arsenal”ı 4:1 hesabı ilə məğlub edən “Çelsi” Avropa Liqasının qalibi oldu.

 

***

 

“Çelsi”nin  oyunçusu Eden Azar   71-ci dəqiqədə  özünün 2-ci, komandasının 4-cü qolunu vuraraq hesabı 4:1 edib.

 

***

 

Oyunun 69-cu dəqiqəsində “Arsenal” hesab arasındakı fərqi azaldıb. Aleks İvobi möhtəşəm qolla hesabı 3:1 edib.

 

***

 

“Çelsi”-“Arsenal” oyununun 65-ci dəqiqəsində daha bir qol vuruldu. Modern.az xəbər verir ki, “Çelsi”nin hücumunun qarşısı kobud şəkildə alındığından “Arsenal”ın qapısına penalti təyin edilib. Penaltini dəqiq yerinə yetirən Eden Azar  hesabı 3:0-a çatdırıb.

 

***

 

“Çelsi” yenidən fərqlənib.

Modern.az xəbər verir ki, “Çelsi”nin oyunçusu Pedro Rozdrigez 60-cı dəqiqədə fərqi 2 topa çatdırıb.

 

***

 

“Çelsi” - “Arsenal” qarşılaşmasının ikinci hissəsində hesab açıldı.

Modern.az xəbər verir ki, oyunun 49-cu dəqiqəsində Oliviye Jiru “Çelsi”ni önə keçirbr.

 

***

 

"Çelsi" - "Arsenal" oyunu başladı. Modern.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada iki ingilis nəhəngi - "Çelsi" və "Arsenal" komandaları üz-üzə gəlir.

Görüşü Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da izləyir.

***

Avropa Liqasının finalında Bakı Olimpiya Stadionunda bu gün saat 23:00-da başlayacaq "Çelsi" - "Arsenal" oyunu üçün heyətlər açıqlanıb.

 

Modern.az-ın məlumatına xəbərə görə, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

 

"Çelsi": Arrisabalaqa, Jorjinyo, Kante, Hazard, Pedro Rodriqes, Kovaçiç, Jiru, Kristensen, Aspilikueta (k), David Luis, Emerson Palmeri

 

Ehtiyat oyunçular: Kabalyero, Kamminq, Alonso, Barkli, İquain, Zappakosta, Villian, Kehill, Ampadu, Qallaher, Makikran

 

"Arsenal": Çex, Papastatopulos, Koselni (k), Lyakazett, Özil, Torreyra, Obameyanq, Meytlend-Nayls, Monreal, Kolaşinaç, Caka

 

Ehtiyat oyunçular: Leno, İliev, Elneni, Lixtştayner, İvobi, Mustafi, Uelbek Cenkinson, Qenduzi, Nketia, Uillok, Saka

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi