Modern.az

Azərbaycanda "Eurovision-2012"nin milli seçim turunda 7-ci qalib seçilib

Azərbaycanda "Eurovision-2012"nin milli seçim turunda 7-ci qalib seçilib

Mədəni̇yyət

14 Yanvar 2012, 18:45

Azərbaycanı «Evrovision-2012» Mahnı Müsabiqəsində təmsil etmək istəyən iddiaçıların yarışı davam edir. Milli Seçim turunun 7-ci həftəsi də yekunlaşıb. Növbəti 9 nəfər arasından  5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışıb. İştirakçılar Erkin Osmanlı, AD Gioriam, Ayla İdrisova, Kamran Abdullayev, Səbinə Babayeva, Xana Həsənova, Xəyal Tağıyev, Natiq Bağırov, Azər Səlimli İctimai Televiziyanın canlı efirində ifa və performanslarını təqdim ediblər.

Qaydalara uyğun olaraq münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 7-ci həftənin qalibi seçilib.Tamaşaçılar və münsiflərin səsverməsi nəticəsində Səbinə Babayeva qalib seçilib. 

Qeyd edək ki, Azərbaycanı «Eurovision–2012» Mahnı Müsabiqəsində təmsil etmək istəyən namizədlər növbəti 2 həftə ərzində də İctimai Televiziyanın canlı efirində yarışacaq. Qalibin seçimində  müsabiqənin qaydalarına uyğun olaraq münsiflər heyətinin rəyi tamaşaçılarla eyni nəzərə alınır.  

Beləliklə artıq 7 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb. Bunlar Adil Baxışılı, Elton İbrahimov, Orxan Kərimli, Məryam Kərimova, Xəyyam Mustafazadə və Fəqan Səfərov, Səbinə Babayevadır. Yarımfinalda isə Milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü