Modern.az

AvroLiqanın Bakı finalının təzələnən REKORDLARI - Maraqlı FAKTLAR

AvroLiqanın Bakı finalının təzələnən REKORDLARI - Maraqlı FAKTLAR

30 May 2019, 13:13

Ötən gecə Bakı Olimpiya stadionunda Avropa Liqasının final matçı keçirildi. “Çelsi” klubunun 4:1 hesabı ilə “Arsenal”ı məğlub etdiyi matç bir çox tarixi rekordları ilə yadda qalıb.

 

Modern.az həmin rekordlar toplusunu təqdim edir.

1. Avropa Liqasının final matçında ən çox tamaşaçı 1999-cu ildə “Marsel” və “Parma” klubları arasında oyun zamanı müşahidə olunmuşdu. Həmin matçı 62 min seyrçi izləmişdi. “Arsenal” və “Çelsi” arasındakı dünənki matça isə 52 mindən artıq azarkeşin toplaşdığı məlumdur.

  1. Bakı finalı finallarda ən çox qol vurulan matç kimi də tarixə düşdü. Bundan əvvəlki rekord 2006-cı ildə “Sevilya” - “Midlsboro” (4:0) arasındakı matça aid idi.

  2. “Arsenal” AvroLiqanın finalında 2-ci dəfə uğursuzluqla üzləşdi. Bundan əvvəl klub 1999-cu ildə  “Qalatasaray”a matç sonrası penaltilərdə məğulb olmuşdu.

  3.  ”Çelsi” ilə yanaşı, ingilis klublarından “Liverpul” bu turniri 3 dəfə, “Tottenhem” və “İpsviç” 2 dəfə, “Mançester Yunayted” isə 1 dəfə qazanıb.

  4. AvroLiqanın qalibi olaraq “Çelsi” 6,5 milyon avro, “Arsenal” isə 3,5 milyon avro mükafat alacaq.

  5.  ”Arsenal”ın baş məşqçisi Unan Emeri “Sevilya” klubu ilə 3 dəfə AvroLiqa kubokunu qazanıb. Bakıdakı uğursuz finala baxmayaraq, o, italyan Covanni Trapatoni ilə birlikdə bu turnirin ən uğurlu baş məşqçisi sayılır.

  6.  ”Çelsi”li Eden Azar matçda dubla imza atdı. Ona qədər Avto Liqa finallarında yalnız 10 futbolçu belə uğura imza ata bilib.

  7. Turnirin ən məhsuldar qoleadoru fransız Olivye Jiru olub. 32 yaşlı “Çelsi”li hücumçu ilə yanaşı, meydanda mübarizə aparan Koselni, Kanye və Lyakazet də fransız mənşəli oyunçular idi.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir