Modern.az

“Qarabağ erməniləri ərazi bütövlüyümüzü tanısa, Azərbaycan onları himayəsinə götürə bilər”  

“Qarabağ erməniləri ərazi bütövlüyümüzü tanısa, Azərbaycan onları himayəsinə götürə bilər”  

Qarabağ

30 May 2019, 14:35

Ermənistanın baş naziri Nikol Paşinyanla “Qarabağ klanı” arasında münasibətlər getdikcə gərginləşir.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsdən buraxılmasından sonra siyasi qarşıdurma açıq müstəviyə keçib.

 

Eyni zamanda Azərbaycanın işğal altındakı bölgələrində yaradılmış separatçı rejim də Robert Koçaryanı dəstəkləyir. Buna görə də, Paşinyanın Qarabağ ermənilərinə münasibəti daha da neqativləşib.

Bəlli məsələdir ki, Qarbağda yaşayan ermənilər Azərbaycan vətəndaşları hesab olunurlar.

Belə məqamda həmin ermənilərin təhlükəsizliyini təmin etməyi Azərbaycan üzərinə götürə bilərmi?

 

Politoloq Eldar Namazov Modern.az saytına deyib ki, söhbət Azərbaycanın bütövlüyünün təmin olunması, işğal olunmuş torpaqların azad edilməsindən gedir.

 

O qeyd edib ki, əgər hər hansı erməni Azərbaycanın vətəndaşlığını qəbul  edirsə, öhdəliklərini bilib ölkənin suverenliyini tanıyırsa, o halda Azərbaycan da həmin şəxs qarşısında müəyyən öhdəliklər götürür. 

 

“Belə ki, bu şərtlər altında ölkəmiz vətəndaşlığı qəbul edən şəxsin hüquqlarını müdafiə etməlidir”-deyə E.Namazov bildirib.

 

Ekspert söyləyib ki, Qarabağda yaşayan ermənilər də ərazi bütövlüyümüzü tanıyacaqları halda Azərbaycan onları öz himayəsinə götürə bilər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı