Modern.az

Azərbaycanlı istifadəçilərin Facebook-da yerləşdirdiyi MARAQLI ŞƏKİLLƏR-III

Azərbaycanlı istifadəçilərin Facebook-da yerləşdirdiyi MARAQLI ŞƏKİLLƏR-III

15 Yanvar 2012, 00:12

Sosial şəbəkələrlə bağlı olan Socialbakers beynəlxalq saytının statistikasına görə, Azərbaycanda ümumi internet istifadəçilərinin 63 faizini kişilər, 37 faizini isə qadınlar təşkil edir. Bu fərq sosial şəbəkələrə daxil olan qadınların sayının kişilərdən az olmasında da özünü göstərir. Bundan əlavə, digər fərq internetə, o cümlədən sosial şəbəkələrə daxil olan istifadəçilərin yaş fərqindədir. Facebook sosial şəbəkəsində hazırda Azərbaycandan 526 180 nəfər istifadəçi var və bununla ölkəmiz dünyanın 200 ölkəsi arasında 92-ci yerdə qərarlaşıb. Faceook-dan istifadə edənlər ümumi ölkə əhalisinin 6.34 faizini, internet istifadəçilərinin isə 14.26 faizini təşkil edir. Yaş göstəricilərinə gəlincə isə Facebook-dan istifadə edənlər arasında 18-24 yaşlı gənclər üstünlük təşkil edir. Belə ki, onlar ümumi istifadəçilərin 47 faizini təşkil edir. Digər yaş qruplarına görə: 25-34 yaşlı insanlar 24 faiz, 16-17 yaşlı yeniyetmələr 12 faiz, 13-15 yaşlı uşaqlar 7 faiz, 35-54 yaşlı insanlar 8 faiz, 55-64 yaşlılar faiz, 65-dən yuxarı isə 0 faiz. Azərbaycanda Facebook sosial şəbəkəsindən istifadə edənlərin 64 faizini kişilər, 36 faizini isə qadınlar təşkil edir. Facebook istifadəçilərimiz tez-tez bu social şəbəkədə maraqlı, məzəli şəkillər yerləşdirilər ki, bunlar da çoxsaylı müxtəlif şərhlərlə müşayiət olunur. Modern.az saytı azərbaycanlı istifadəçilərin Facebok-da yerləşdirkiləri bəzi maraqlı şəkilləri toplayaraq oxucuların diqqətinə çatdırır. Doğrudan da bu şəkillərə şərh verməyə dəyər…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir