Modern.az

“28 May” stansiyasında DƏHŞƏT - Bir nəfər qatarın altına düşdü - YENİLƏNİB

“28 May” stansiyasında DƏHŞƏT - Bir nəfər qatarın altına düşdü - YENİLƏNİB

Hadisə

31 May 2019, 10:04

Metronun “28 May” stansiyasındakı olaya aydınlıq gətirilib.

Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a deyib ki, qatarın altına düşən şəxs 54 yaşlı qadındır. 

Onun sözlərinə görə, qadın intihar məqsədilə özünü qatarın altına atıb: "Vəziyyəti yaxşıdır, sadəcə ayağında axsama var. Hazırda həkimlər hadisə yerində ona yardım edirlər".

B.Məmmədov bildirib ki, qatarların hərkətində 10 dəqiqəlik gecikmə yaranıb. Saat 09:45-də hərəkət bərpa olunub.


***

Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında bir nəfər naməlum şəxs hərəkətdə olan qatarın altına düşüb.


“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a faktı təsdiqləyib:


“Hadisə 09:35 radələrində baş verib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb”.


B.Məmmədov deyib ki, hazırda şəxsin qatar yolundan çıxarılması həyata keçirilir:


“Hələlik onun kimliyi bilinmir. Həmçinin, onun təsadüfən, yoxsa intihar məqsədilə özünü qatarın altına atdığı da məlum deyil. Ətraflı məlumat veriləcək”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir