Modern.az

İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ: Sənəd qəbulu başlayır

İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ: Sənəd qəbulu başlayır

Təhsil

31 May 2019, 11:39

“Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu iyunun 3-də açıq elan ediləcək”.

Modern.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə media nümayəndələri üçün təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sənəd qəbulu iyunun 10-a kimi davam edəcək.

“Müsabiqə isə iyunun 24-nə kimi olacaq. İş yerini dəyişmək istəyən müəllimlərin test imtahanına gəlməsi və müsahibə prosesi olmur. Çünki müəllim hazırda işləyir və onu sorğu-sual etməyə ehtiyac yoxdur”. 

 
Murad Camalzadə bildirib ki, dövlət ümumtəhsil müəssisələrində müəllimlərin yerdəyişməsi üçün 2019-2020-ci tədris ili üzrə 5000-dən çox vakant yer təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?