Modern.az

Deputat: “Üzərimə düşən işi ona görə yerinə yetirməmişəm ki...” - MÜSAHİBƏ

Deputat: “Üzərimə düşən işi ona görə yerinə yetirməmişəm ki...” - MÜSAHİBƏ

Müsahibə

3 İyun 2019, 10:08

Modern.az saytı Milli Məclisin 103 saylı Gədəbəy seçki dairəsindən deputatı, hakim Yeni Azərbaycan Partiyasının üzvü Sevinc Hüseynova ilə müsahibəni təqdim edir.

- Sevinc xanım, bu yaxınlarda Türkdilli Ölkələrin Sosial və Mədəni Humanitar Komissiyasının Ankarada keçirilən 7-ci iclasından qayıtmısınız. Öncə tədbirlə bağlı təəssüratlarınızı öyrənmək istərdik. TÜRKPA-nın tədbiri  necə keçdi?

- “BMT-nın Dayanaqlı İnkisaf Hədəfləri çərçivəsində gender məsələləri. TURKPA-ya üzv ölkələrdə müasir ailələrin mədəni kimliyi” adlı iclas səmərəli oldu. Adından göründüyü kimi, müzakirə mövzusu günümüzün ənəhəmiyyətli məsələlərindən biri idi. 17 məqsəd və 169 maddədən  ibarət olan gundəlik gender məsələlərinə həsr olunmuşdu. Muzakirələr zamanı türk dunyasında tarixən qadını və ailə institutunun daim müqəddəs varlıq kimi dəyərləndirildiyi vurğulandı, qloballaşan dünyanın təsirindən danışıldı, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı diskussiyalar aparıldı. Məlumat üçun bildirmək istədim ki, bu mövzular Azərbaycan nümayəndə heyəti tərəfindən komissiyanın ötən il Bişkek şəhərində keçirilmiş icasında təklif olunub  

Vacib məsələrdən biri isə o oldu ki, tərəflər Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) qadın platformasının təsis edilməsi barədə təklifimizi dəstəklədilər. Bu təcrubə diqər beynalxalq təskilatlarda da mövcuddur.

Düşünurəm ki, Azərbaycan Milli Məclisi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının birgə təşkilatçılığı əsasında  iyun ayının  14-də Bakıda keçiriləcək “BMT-nin davamlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda TÜRKPA-ya üzv ölkələrin qadın parlamentarilərinin konfransı qadın platformasının təsis edilməsi məsələsində daha konkret mövqe sərgiləyəcək.


- Maraqlı mövzuya toxundunuz.  Türkdilli ölkələrdə ailə və gender məsələləsinin aktuallığından danışdınız.  Maraqlıdır, türkdilli ölkələr olan Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanda ailə və gender məsələlərində oxşar və fərqli cəhətlər nədir? Bizim cəmiyyətdə olan problemlərə digər türkdilli ölkələrdə də rast gəlmək mümkündürmü?

- Oxşarlıq bizi bir yerə gətirən dəyərlərimiz, adət-ənələrimiz, mədəniyətimiz, turk xalqlarının tarixən qadına və ailəyə müqəddəs və toxunulmaz varlıq  kimi münasibət  bəsləməsidir.
Bütün türkdilli ölkələrdə BMT-nın gender bərəbərliyinə aid olan bütün konvesiyalar ratifikasiya olunub və milli qanunvericilik mövcuddur.
Qadınların cəmiyyətin müxtəlif sahələrində tutduğu mövqeyi, həmçinin mənfi hallarla bağlı göstəricilər və icra edilən bəzi layihələr fərqlidir.  Bəzən hansısa qanun bir ölkədə var,  digərlərində qəbul olunmayıb, təcrubədə də oxşar və fərqli hallar mövcuddur. Onu da qeyd edim ki, Azərbaycanın çox müsbət təcrubəsi və muqayisədə ən yaxşı göstəriciləri var.


- Azərbaycan ənənələrində ailə məsələləri bir qədər fərqlidir. Qadınlarımız daha çox fədakardır...

- Ümumiyətlə, bu, türkdilli məkanın oxşar xüsusiyyətidir. Hər halda, bizim müsbət tərəfimizdir. Hər bir məsələ ailənin üzərində qurulub. Ailədə qarşılıqlı hörmət hissi tərəflərin məsuliyyətinin tərənnümü və ailə üzvlərinin inkişafı üçün münbit şəraitin yaradılmasıdır. Azərbaycan qadını hər zaman yüksək dəyərləndirilib. Məhz 100 il öncə qadınlarımıza səsvermə hüququnun verilməsi də bir daha buna sübutdur. Digər tərəfdən isə çox zaman qadınlarımız özləri bunu belə istəyirlər. Uşaqların, həmçinin oğlan uşaqlarının da tərbiyəsinə daha  çox vaxt ayıran analardı – qadınlarımızdır, onlar isə gələcəyin kişilərini necə görmək istəyirlərsə, elə də tərbiyə edirlər.


- Kişilərimiz etiraf etməkdə xəsisdilərsə, qadınlarımız heç də zəif məxluq deyil. Siz necə düşünürsünüz?

- Zənnimcə, buna cavabı cəmiyətimizin butun sahələrində qadınlarımızın fəalliyətinə baxıb görmək olar. Fərdi qaydada ola bilsin belələri olsun, ancaq əksəriyyət qadınlarımızın fəalliyətini layiqincə dəyərləndirir.


- Sevinc xanım, siz özünüz də kənd mühitində böyümüsünüz. Kənd mühitində böyüyən insanlarda ailə dəyərlərinin möhkəm olduğu bildirilir.

- Fərq etməz kənddə, yaxud şəhərdə böyüyürsən, bu, insanın daxilində olmalıdır .


- Əvvəlki dəyərlərimiz bölgələrimizdə qalırmı?

- Dəyərlərimizin qalanı da var, dəyişəni də. Bizi yaşadan dəyərlərimizdi, qoruyub saxlamaq,  təbliğ etmək lazımdır. Həyatımızda, istər kənddə, istərsə də şəhərdə dəyişən çoxdur. Bu da təbiidir, sürətlə gedən texnoloji inkisaf hər bir sahəyə təsir edir. Təəssüflə qeyd etməliyəm ki, yaşayış yerindən asılı olmayaraq, insanlar arasında canlı ünsiyyət azalır.

Doğma kəndimdə müşahidə etdiyim bir məqamı sizinlə bölüşüm. Əvvəllər qadınlar kənd yerlərində daha çox bulaq başına və yaxud da cörək bişirilən yerin ətrafına toplaşardılar. Fikirlərini, düşüncələrini bir-birilə bölüşürdülər. Hazırda kənddə hər kəs rahat şərait qurmağa çalışır, bulaqlar həyətə çəkilir, əksər hallarda çörək elektrik sobalarında bişirilir. Yaxud da mədəniyyət evlərinə konsertə və filmə baxmağa gedərdik. Küçənin bütün qızları bir-biri ilə əlaqə saxlayırdılar. Bu da toplaşmaq və ünsiyyət qurmaq üçün səbəb olurdu. Hazırda hər kəs öz evində istədiyi filmə baxır, istədiyi sayta daxil olub informasiyanı da əldə edə bilir. Yəni əvvəllər canlı ünsiyyət zərurdən irəli gəlirdi, bunun üçün daha cox səbəb olurdu. İndi isə kəndlərdə insanlar el mərasimlərində daha çox bir araya gəlir.  Ancaq əvvəllər bu birgəlik öz-özündən yaranırdı.


- Siz Saratov Universitetində təhsil almısınız. Gədəbəyin ucqar kəndində  qızların xarici ölkəyə gedib təhsil almasına necə yanaşırdılar?


- Çox müsbət baxılırdı. Rayonumuzda heç zaman qeyri-adiliklə rastlaşmamışam. Düzü, sizinlə razı deyiləm. Gədəbəy heç də ucqar rayon deyil. Onda sərhəd zonalarda yerləşən rayonların hamısı ucqar sayılmalıdır?


- Sevinc xanım, ən azından paytaxtla müqayisədə ucqar sözünü işlətdim. Bəs Saratov şəhəriilə ilk tanışlığınız necə yarandı?

- O vaxt orta məktəbdə ilk  komsomol təşkilatının katibi idim. Ona görə daimi olaraq “Komsomolskaya pravda” qəzetini izləyirdim. Bir dəfə həmin qəzeti oxuyanda bir elanla rastlaşdım. “Saratov Dövlət Universitetinin nəzdində qiyabi hazırlıq kursları fəaliyyət göstərir”. Sözün açığı, yazı məni cəlb elədi. Qiyabi kursların iştirakçısı olmaq üçün dərhal rektorun adına məktub yazdım. Sonra qısa zaman kəsiyində poçtdan çağırdılar ki, “sizə bir bağlama gəlib”. Fkirləşdim ki, nə bağlama ola bilər ki? Gedib gördüm ki, 3 fənn üzrə 24 iş göndəriblər. Sözsüz ki, qaydalar da göstərilmişdi. Mən də həmin işləri yazıb göndərdikcə, onlar orda yoxlayırdılar. Yoxlayandan sonra qiymətləndirib özümə qaytarırdılar. “Mütləq Saratovada gedib oxumalıyam” kimi iddiam olmayıb. Sadəcə, kursda hazırlaşırdım ki, ali məktəbə qəbul olunum. May ayında mənə dəvət məktubu gəldi. Orda yazılmışdı: “Sizi qiyabi kurslarını müvəffəqiyyətlə başa vurdugunuz üçün  Universitetdə təşkil olunacaq bir aylıq əyani hazırlıq kurslarına  dəvət edirik”.


- Saratova gedə bildinizmi?

- Məktubu evdə oxuyanda anam  dedi ki, “təklif gəlibsə, getməliyik”. Mənə də qəribə gəldi. Necə yəni, gedək. Saratov səhərinin  sadəcə adını eşitmişik. Heç vaxt orda olmamışdıq. Anamın cəsarətli qərarı mənim Saratovda təhsil almağıma yol açdı və mən Saratov Dövlət Universitetinin Tarix fakultəsini bitirdim. 


- Tələbəlik illəriniz SSRİ-nin dağılması dövrünə təsadüf edib. Saratov mühitində təhsil almısınız. Rusiya imperiyasının tələb və şərtləri  o zamanlar bəlli idi. Hər sahədə ruslaşdırma siyasəti həyata keçirilirdi. Sonrakı dönəmlərdə o mühitdən müstəqillik dövrünə necə adaptasiya oldunuz?

- Belə deyək də, tələbəlik illərim SSRİ dövrünə təsadüf etsə də, məzun olaraq müstəqil ölkəyə geri döndüm. Bunlar fərqli məqamlardır. Bir ölkənin içində belə fərqliliyi hiss etmək mümkün idi. O illərdə Sovet quruluşunun ləğv edilməsinə görə mübarizə gedirdi. Biz o quruluşun ləğv edilməsini istəyirdik. Cəmiyyətin ən aktiv üzvləri kimi, tələbələr də Sovet imperiyası əleyhinə daha çox çalışırdılar. Tələbələrdən ibarət aktiv siyasi klublar vardı ki, bu məsələlər orada müzakirə olunurdu. Milli ideyalar daha çox baş qaldırmışdı. Sovet dövründə beynəlmiləlçilik ruhunda böyüyüb Saratova o əhvalda getsək də, müstəqil ölkəyə milli ruhda qayıtdıq. Çünki universitetin son illərində Sovet İmperiyasının tərkibində olan respublikalar müstəqil olmaq istəyirdilər. O quruluşun həm müsbət, həm də mənfi tərəfləri tənqid edilirdi. Bir azərbaycanlı olaraq mən də müstəqil ölkənin vətəndaşı olmağı arzulayırdım. Yadımdadır ki, universitetdəki tələbə yoldaşlarımla belə bir dialoq yaranmışdı. “Sevinc, sən gedəcəksən ölkənə. Bir müddətdən sonra sənə zəng vuracağıq ki, bizə viza göndər”. Artıq müstəqilliyin xəyallarını  qururduq.

 

- Müstəqil dövlətin vətəndaşı olmaqdan şərəfli  nəsə varmı?!

- Çox şükürlər olsun ki, biz xəyallarını qurduğumuz müstəqil ölkənin vətəndaşıyıq, özü də elə bir ölkənin ki, qısa müddət ərzində yüksək nailliyətlər etmiş, beynalxalq aləmdə nüfüz sahib olmuşdu. Yadımdadır ki, qardaşımla – onun eyni vaxtda ali məktəbdə təhsil alirdıq - müzakirə edirdik, görəsən bizim də ölkəmizi də nə vaxtsa Davos İqtisadi Forumuna dəvət edəcəklərmi, biz də nə vaxsa beynalxalq idman  yarışlarında milli komandamıza azarkeşlik edə biləcəyikmi, ölkəmizin  nümayəndəsi nə zamansa Eurovision yarışmasında iştirak edə bilərmi?
Bunlar çox əlçatılmaz arzular kimi görünürdü. Bizim həm xəyalını qurduğumuz və heç xəyalımıza gətirə bilmədiyimiz məsələlər ən yüksək səviyyədə reallaşdı. Bu arzularımızı reallaşdıran Heydər Əliyev siyasəti və həmin siyasəti davam etdirən cənab prezident İlham Əliyevdir.


- Dövlətimiz  bu gün sabit, inkişaf etmiş və beynəlxalq aləmdə nüfüzlu bir ölkədir. Bunu görməmək mümkün deyil. Bu gun beynəlxalq aləmdə ölkəmizin müəyyən sahələrdə olan təcrübəsindən nümünə kimi  istifadə olunur. Siz bunu necə dəyərləndirirsiniz?

- Fürsətdən istifadə edərək bir məsələyə toxunmaq istərdim, qeyd etdiyim uğurlarımızı qəbul edə bilməyənlər də var, bəzi xarici dairələr xalqımızı və dövlətimizi yanlış formada beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışırlar. Bu dairələr ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirirlər.  Təəsuflər olsun ki, onlara bir qrup azərbaycanlı da qoşulub və sosial şəbəkələr vasitəsilə Azərbaycana iftira, böhtan atırlar. Tənqiddən çox təhqir edirlər. Bu isə mədəniyyətə, milli adət-ənənlərə, əxlaqa zidd haldır. Təhqir etmək zəif, özünə inanmayan şəxslərə məxsusdur.  Hesab edirəm ki, həmişə olduğu kimi, yenə də bu dairələrin cəhdləri iflasa uğrayacaq. Çünki Azərbaycan tutduğu doğru yol ilə inamla irəliləyəcək.


- Xarici universitetlərdə oxuyan  tələbələrin bir çoxu təhsil aldıqları ali məktəbdə  qalmaq barədə düşünürlər. Daha doğrusu, ən yaxşı tələbələrə iş təklifləri olur. Saratov Universitetinin  azərbaycanlı tələbəsi olaraq sizə hər hansı iş təklifi edilibmi?

- Belə bir hal baş vermişdi. Məni həmin universitetdə saxlamaq istəyirdilər. İxtisasım tarix və tarix məllimliyi idi. Hər kəsə təyinat verilirdi. Xahiş etdim ki, mənə azad təyinat versinlər. Öz ölkəmizə dönmək istəyirdim. Universitetdə təyinatların olmasına baxmayaraq, mənim azad təyinat fikrimi alqışlamadılar. Mən isə təkid edirdim. Universitetdən mənə dedilər ki, “azad təyinat sizin nəyinizə lazımdır? Biz sizi yetişdirmişik, siz bizim kadrımızsınız, ona görə də Azərbaycana yox, birbaşa Rusiyada qalıb çalışmalısız”.
Amma mən qərarımda israrlı olduğum üçün sonda onlar azad təyinata razılıq verdilər. Eyni zamanda, razılıq versələr də, Saratov Dövlət Universitetinin prorektoru belə bir söz işlətdi ki “siz tarixçisiniz, tarix öyrənmisiniz və anlamalısınız ki, bir ölkədə müharibə gedir. Müharibə aparan ölkə gənc kadra nə verə bilər ki, siz ora gayıtmağa bu dərəcədə can atırsınız”. Mənim də cavabım bu oldu ki, “mən bura oxumağa gələndə əsas məqsədim o idi ki, təhsilimi başa vurub vətənimə qayıdım və orda çalışım”. Vətənimdə məni nə gözləməsindən asılı olmayaraq, hər şeyin qane etdiyini söylədim.


- İxtisasca  tarix müəllimisiniz. Nə zamansa tarix müəllimi kimi fəaliyyət göstərmisinizmi?

- Universitetində tədris olunan metodika fənni çərçivəsində yalnız bir rüb 5 gunlük təhsil təcrübəsı sınanan  məktəblərin birində tarix müəllimi kimi çalışdım.
 

- Azərbaycana qayıdandan sonra da müəllim kimi çalışmadınız. Müəllimlik peşəsini sevmədiyinizi demək olarmı?

- Əksini deyək. Hətta qardaşım deyirdi ki, səndən çox yaxşı tarix müəllimi olar. Çünki müəllimlik peşəsini çox sevirsən. Sadəcə,  Gədəbəyə qayıdanda İcra Hakimiyyətində yeni yaradılan torpaq şöbəsində inspektor vəzifəsinə dəvət etdilər. Yaşadığım yerdə tarix fənni üzrə vakant yer olmadı. Edilən təklifə yox demədim, çünki iş lazım idi. Həm də universitetin prorektoru mənə demişdi ki, “get görüm, iş tapacaqsanmı?”. Onun sözü özünü doğrultmamalıydı. Ondan sonra isə Gənclər və idman sahəsində rəhbər vəzifəyə təyin etdilər. 1994-cü ildən 2006-cı ilə kimi bu vəzifədə çalışdım. Gənclər sahəsi mənə böyük zövq verirdi.


- Sizi uzun illərdir müşahidə edən biri olaraq maraqlıdır. İllərdir ki, saç düzümünüzü dəyişmirsiniz. İmicinizə sadiqsiniz. Qadınlar nadir hallarda eyni görkəmdə qalırlar. Məsələn,  Zeynəb Xanlarova da illərdir ki, eyni saç düzümündədir.

-  Mənə bu formada olmaq daha rahatdır. Hesab edirəm ki, bu cür məsələlərə hər kəsin şəxsi yanaşması var.


- 10 il olacaq ki, parlamentdə təmsil olunursunuz. Bu illər ərzində parlamentdə təmsil olunmağın nə kimi çətinlikləri var?

- Hər zaman üzərimdə böyük məsuliyyət hiss etmişəm. Bu, həm partiyanın sədri - ölkəmizin rəhbərinin,  həm partiyanın idarə heyətinin,  həm də seciçilərim tərəfindən göstərilən etimaddır. Hər zaman çalışıram ki,  göstərilən etimadı doğruldum. Bu da insanda böyük məsuliyyət hissi yaradır. Düşünürəm ki, uzun müddət vəzifələrdə çalışmasaydım, deputat kimi fəaliyyət göstərmək mənə çətin olardı. İlk günlərdən indiyə kimi iş prinsipimiz vətəndaşlarla ünsiyyət üzərində qurulub. Vətəndaşlarla ünsiyyətdə olmaq mənim üçün şərəfli və məsuliyyətli işdir.


- Növbəti parlamentdə də təmsil olunmaq, eləcə də  seçicilərinizə xidmət etmək istəyərsinizmi?

- Hər zaman xalqıma xidmət etməyi özümə şərəf  bilmişəm. Yeni Azərbaycan Partiyasının üzvü kimi seçkilərə qatılmışam. Əgər partiya növbəti dəfə mənə etimad göstərsə, böyük sevgi və məsuliyyətlə bu işi davam etməyə hazıram.


- Seçicilərinizin görüşünə tez-tez gedə bilirsinizmi?

- Hesab edirəm ki, bu haqda seçicilərdən öyrənmək daha münasib olar. Mütamadı oluram, həm qərargahda, həm də yaşayış yerlərində. Açıq etiraf edim. Yay aylarında deputatlar kəndlərdə daha çox olmaq imkanı qazanır. Çünki həm yay tətilimi, həm də seçicilərlə görüşümü gerçəkləşdirmək fürsəti yaranır. Fevralda, martda, apreldə kəndlərdə, qərargahda  seçicilərimlə görüşüm olub, onları dinləmişəm. Həm də Novruz bayramını onlarla və rayonumuzun ərazisində yerləşən hərbi hissədə xidmət edən Vətən keşikçilərilə birgə qeyd etmişəm. Yay aylarında isə daha çox ərazidə ola biləcəm.


- Bəzi deputatları yay tətilində tapmaq olmur. Siz isə yay tətilində də seçicilərinizin yanında olacağınız deyirsiniz...


- Deputat da hər bir çalışan vətəndaş kimi istirahət etmək hüququna malikdir, dincəlmək haqqı var. Ancaq mənim bəxtim gətirib ki, həm doğulduğum, həm də deputatı olduğum rayon istirahət üçün çox əlverişlidir, münbit turizm potensialına malikdir. Havası isə bənzərsizdir.



- Güman ki, bir millət vəkili kimi məmur-vətəndaş arasında narazı məqamlara rast gəlirsiniz. Maraqlıdır, məmur-vətəndaş münasibətləri necə qurulmalıdır ki, vətəndaş bundan əziyyət çəkməsin.

- Bütün ünsiyyət növlərində olduğu kimi  məmur-vətəndaş münasibətində də narazılıq məqamları olur. Hətta dünyanın ən inkişaf etmiş ölkələrində də bu cür problemlər mövcuddur. Bu olub, var və olacaq. Vətəndaş həmişə nəyisə tələb edir. Qanun əsaslanaraq və əsaslanmayaraq o tələb edən tərəfdir. Məmur bu tələbi ödəmədiyi halda vtəndaş narazı qalır. Hər bir  kadr tutduğu  vəzifənin məsuliyyətini tam dərk edirsə, vətəndaşlarımız isə qanunlarımızı və hüquqlarını bilərsə, mənə elə gəlir ki, onda bu münasibətlərdə  narazılıq məqamları az olar.  Çox vaxt problemlər hüquqi savadsızlıqdan irəli gəlir.


- Ailəli xanımsınız. Maraqlıdır, karyera və ailəni bir arada necə idarə edə bilirsiniz?

- İdarə edə bilirik. İnsan həmişə nəyisə etmək istəsə - bu işdə də, ailədə də belədir -  ona nail olur. Çətin olsa da, yol axtarıb tapır. Çünki insanda əsas istəkdir. Karyera arxasınca qaçan insan olmamışam. Sadəcə olaraq, hər zaman çalışmışam ki, mənə tapşırılan işləri layiqincə icra edim. Üzərimə düşən işi ona görə yerinə yetirməmişəm ki, mənə bundan artıq vəzifə verilsin. Qadın üçün ailə önəmli olmalıdır. Qadının ailəni ikinci plana atıb karyera arxasınca qaçması doğru deyil. Qadına ailə də, iş də lazımdır. Qadın ictimai-siyasi sahədə uğur əldə edə bilir. Ən əsası qadın mütləq təhsilli  olmalıdır. Karyera, vəzifə artıq qadının bacarığından və istəyindən asılı olan məsələlərdir.  


- Övladınıza zaman ayıra bilirsizmi?

- Çalışdığım qədər övladıma da vaxt ayırıram.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi