Modern.az

AMEA rəhbərliyi iddiaları RƏDD ETDİ: “Saxta yolla mənzil almaq istəyirlər”

AMEA rəhbərliyi iddiaları RƏDD ETDİ: “Saxta yolla mənzil almaq istəyirlər”

Ölkə

3 İyun 2019, 17:02

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, vitse-prezidenti və İşlər İdarəsi müdirinin yataqxanada yaşayan alimlər üçün tikilən binada mənzilləri mənimsədiyi iddia olunur.

Bu haqda məlumatı ictimailəşdirən bir qrup alimin xalqa müraciəti də yayılıb.

Alimlərin verdiyi məlumata görə, Bakı şəhəri Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yaşayan yataqxana sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 5 (beş) ədəd 1 (bir) bloklu 16 mərtəbəli bina tikilib. Ancaq bölgü ədalətsiz şəkildə aparıldığından ehtiyacı olan alimlər binadan mənzil ala bilməyblər:
 “Yataqxanada yaşayan 118 sakinin imzası ilə gerçəkləşən layihə başa çatdıqdan sonra AMEA rəhbərliyinin başçılığı ilə aparılan ədalətsiz ev bölgüsü zamanı 50-dən çox ailə evsiz qalmaq təhlükəsi ilə üzləşib. Mənzillərin bölünməsi ilə bağlı Akif Əlizadənin rəhbərlik etdiyi qurumda yaradılmış Mənzil bölgü komissiyası heç bir qanuni əsas olmadan və ədalətsiz bölgü apararaq 50-dən artıq ailəyə mənzil verməməklə, həmin ailələrin haqlı narazılığına səbəb olub”,-deyə müraciətdə vurğulanıb.


Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının İşlər üzrə müdir müavini və Mənzil Komissiyasının katibi Sərdar Əliyev Modern.az-a açıqlamasında yazılanları şər-böhtan, qərəz adlandırıb:


“Bunlar qanunazidd yanaşmalardır. Yataqxanada yaşayan ailələrin bir çoxu müəyyən səbəblərdən mənzillə təmin oluna bilmədiklərinə görə sakit oturmaq istəmirlər. İstəyirlər ki güc işlədib qanunsuz şəkildə ev sahibi olsunlar”.


S.Əliyevin sözlərinə görə, narazılıq edən vətəndaşalrın əksəriyyəti AMEA-nın əməkdaşı deyil:


“Səs-küy salanların bir hissəsi bizim işçilərimiz deyil, bir hissəsinin vaxtilə evi olub, AMEA-dan mənzil almaq üçün onu satıb, yaxud başqasına bağışlayıb. Bəzilərinin hətta indi də adına ev var. Qanunsuz olaraq  AMEA-dan mənzil almaq istəkləri baş tutmayacaq. Evə ehtiyacı olan Akademiya əməkdaşlarının hamısı isə mənzillə təmin edilib”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi