Modern.az

Azərbaycanda 12 hakimdən ibarət kommersiya məhkəmələri yaradılır

Azərbaycanda 12 hakimdən ibarət kommersiya məhkəmələri yaradılır

Parlament

4 İyun 2019, 16:21

İyunun 4-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.


Modern.az
 xəbər verir ki, jurnalistlərin geniş iştirakı olmadan keçirilən iclasda adıçəkilən komitənin sədri Əli Hüseynli gündəliyə dörd məsələnin daxil olduğunu bildirib.


Əvvəlcə “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. 

 

Qeyd edilib ki, qanuna bir sıra texniki dəyişikliklər, həmçinin, “Kommersiya məhkəmələri” adlı VIII-I fəslin əlavə edilməsi təklif olunur.

İclasda Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunub.

Qanun layihələri sonda MM-in plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, kommersiya məhkəmələri birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işərə baxır. Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, təcürübəsini öyrənir və ümumiləşdirir, ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. 

Kommersiya məhkəməsi sədr və hakimlərdən idarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər. Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir.

Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyən ediləcək

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub