Modern.az

“Şahbaz Xuduoğluna hər cür şərait yaratdıq” - Bakı Meriyası  

“Şahbaz Xuduoğluna hər cür şərait yaratdıq” - Bakı Meriyası  

Mədəni̇yyət

7 İyun 2019, 15:25

“Biz hər il parklarda kitab yarmarkaları təşkil etməklə yaddaşları təzələmək istədik. “Əlyazmalar yanmır deyirlər, amma “kitablar unudulur”, lazım gələndə hətta “yandırılır” - biz bunu öz təcrübəmizdən bilirik. Bakı Şəhər Ticarət Departamentindən haqqı ödənilməklə Nərimanov və Elmlər Akademiyası parkında yaz-yay aylarında endirimli yarmarkalar təşkil edirdik. Yazarlar, jurnalistlərlə kitab satırdıq. Parklarda gəzişən, təsadüfi keçənlərə yeni kitabları nümayiş etdirir, bəzən bütün günü kitablardan danışırdıq.

Bu il isə “OLMAZ”  deyirlər, Bakı şəhərinin yeni başçısı kitab yarmarkasına icazə vermir. Yoxlama kitaba gəlir, gömrük kitabı durdurur, bomba nəşriyyatda axtarılır, oğru kitab dükanını yarır, başçı kitabı yasaq edir..”.

 

Modern.az-ın məlumatına görə, bunu “Qanun Nəşrlər Ev”inin rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkədə bildirib.

 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Meriyanın kitab satışına yasaq qoyması ilə bağlı məlumat həqiqəti əks etdirmir:

 

“Eldar Əzizovun özünün kitaba böyük marağı var və hər zaman kitab təbliğatına üstünlük verir. Hətta işçiləri arasında da kitab təbliğatını aparır. Eldar müəllim özü də kitab müəllifidir. Gəncə, Sumqayıt, Səbaildə olanda kitab bayramları keçirilib. Axırıncı dəfə Səbail rayonundakı “Sahil bağı”nda Şahbaz Xuduoğlu özü də tədbirdə iştirak etdi. Ona kitablarının satışının təşkili üçün hər cür şərait yaratdıq. İndi bu cür münasibət göstərməsi təəccüb doğurur”.

 

İ.Kərimov qeyd edib ki, kitab yarmarkası keçirilməsi üçün Meriyaya rəsmi müraciət olunmayıb:

 

“Şahbaz Xuduoğlu Ticarət və Xidmət Departamentinə müraciət edərək, metronun “Gənclik” stansiyasının çıxışında kitab yarmarkası keçirmək istədiyini bildirib. Departament isə ona cavab verib ki, ərazi “Bakı Metropoliteni”nə aid olduğu üçün həmin quruma müraciət etsin. Buna görə Meriyanı ittiham etmək doğru deyil”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı