Modern.az

Şəhidlər xiyabanı 20 Yanvar gününə hazırlanır – FOTOLAR

Şəhidlər xiyabanı 20 Yanvar gününə hazırlanır – FOTOLAR

Reportaj

17 Yanvar 2012, 16:03

İki gündən sonra 1990-ci ilin 20 Yanvar faciəsinin 22-ci ildönümünü qeyd edəcəyik. Azərbaycan Ümummilli hüzn gününə hazırlaşır. Rəsmi tədbirlər planına əsasən, yanvarın 20-də paytaxt ictimaiyyətinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunacaq, həmin gün saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, ardınca isə gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnalları veriləcək. Eyni zamanda  respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində matəm əlaməti olaraq və faciə qurbanlarının xatirəsini yad etmək məqsədi ilə dövlət bayraqları endiriləcək.

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədər Şəhidlər xiyabanında ciddi hazırlıq işlərinə başlanılıb. Modern.az saytının məlumatına görə, ötən  illərdən fərqli olaraq bu il Şəhidlər xiyabanında əsas yenilik “Əbədi məşəl” kompleksinin yanındakı pilləkənlərdə eskalatorun quraşdırılmasıdər. Hazırda bununla bağlı xiyabanda son tamamlama işləri gedir. İşləri aparan ustalardan birinin verdiyi məlumata görə, 15 metrlik eskalatorun quraşdırılmasında əsas məqsəd xiyabana gələn insanların gedişatını asanlaşdırmaqdır. Belə ki, buradakı pilləkənlər yüksək olduğundan əhali, xüsusən də yaşlı insanlar əziyyət çəkir. Eskalator quraşdırıldıqdan sonra həmin gün Şəhidlər xiyabanına gələn insanlar rahat düşə biləcəklər. İşlərə  Bakı şəhər İcra Hakimiyyəti nəzarət edir.

Modern.az-ın əməkdaşına məlumat verilib ki, Şəhidlər xiyabanının bəzənməsində istifadə olunan gül-çiçək Azərbaycanın bütün rayonlarında gətirilib. Gül-çiçəkdən xüsusi tərtibata və dekorasiyaya uyğun istifadə olunur. Bu işlərə BŞİH-in Reklam və İnformasiya İdarəsi nəzarət edir.

Ümummilli hüzn günü “Elmlər akademiyası” metrostansiyasından Şəhidlər xiyabanı istiqamətinə gələn bir neçə avtobus marşrutu pulsuz işləyəcək.




















Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı