Modern.az

“Bizi bir neçə ünsür yolumuzdan sapındıra bilməz” - Təhsil eksperti HİDDƏTLƏNDİ

“Bizi bir neçə ünsür yolumuzdan sapındıra bilməz” - Təhsil eksperti HİDDƏTLƏNDİ

8 İyun 2019, 10:13

Tanınmış təhsil eksperti Etibar Əliyev sərt açıqlama ilə çıxış edib. Modern.az saytının məlumatına görə, E.Əliyev onun fəaliyyətinə ağız büzənlərə belə reaksiya verib:


“Təhsildə ekspert institutunun yaradılması bu sahədə xeyli irəliləyişlərə səbəb olub. Hansısa ölkənin kurikulum sənədinin məktəbə sırınmasının əleyhinə 10-larla məqalə yazdıq, Dünya Bankının vəsaitinin talanmasının əleyhinə çıxdıq, dərsliklərdəki biabırçılıqları cəmiyyətin diqqətinə çatdıqdıq. "Təhsil haqqında" qanunun yazılmasında iştirak etdik. Təhsildə korrupsiyanın və rüşvətxorluğun aradan qaldırılmısı istiqamətində fəaliyyətə görə məhkəmələrə verildik, İnternat tipli məktəblərə, Kolleclərdə baş alıb gedən özbaşınalıqlara qarşı çıxdıq. İllərlə tələbə qəbulunun nəticələri izlədik, təhlillər apardıq, Bakalavr pilləsini bitirən tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi üçün təkcə mənim 10-a yaxın müsahibə və məqaləm dərc olundu. Buna nail ola bildik. Bir neçə ali məktəbin İctimai Nəzarət şuralarında təmənnasız fəaliyyət göstəririk. "Yeni təhsil, tərbiyə və elm antologiyası" kitabım da daxil olmaqla təhsilin aktual problemləri ilə bağlı 8 kitab yazdım. Şagird və tələbələrdə mütaliə qabiliyyətinin inkişafı naminə 10-larla məqalə yazdım, ölkədə kitabı təşviq etdim. Müxtəlif konfrans və tədbirlərdə Azərbaycan təhsilini təmsil etdik. Dərs dedik. və s.
İndi xaricdə kiminsə pulu ilə 1-2 il ingilis dilini öyrənmiş və millətdən ayrı düşmüş bir neçə nadan haqqımızda ağızlarına gələni deyəndə "ekspert" sözünü dırnaq içində yazırlar. Halbuki, görkəmli pedaqoqumuz mərhum Əjdər Ağayev, məzmunun bilicisi mərhum Əlövsət Osmanlı təhsil eksperti missiyasını üzərinə götürmüşdü. Əməkdar elm xadimi, professor Şahlar Əsgərov və Əməkdar müəllim Asif Cahangirov təhsil ekspertləridir. Bizi hansısa ölkənin burda missiyasını daşıyanlar, təhsilin məzmununa və milli zəmində inkişafına maneçilik törədən bir neçə ünsür yolumuzdan sapındıra bilməz. Məqsədləri mənasız layihələrdən pul silməkdir. Zaman-zaman onların ifşa olunmasına çalışacağam. Özü də publik formada. Və proses başlayıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır