Modern.az

Bakıda vəkilin döyülməsinə görə polislər cəzalandırıldı - Rəis müavini, təhqiqatçı, əməliyyatçı...

Bakıda vəkilin döyülməsinə görə polislər cəzalandırıldı - Rəis müavini, təhqiqatçı, əməliyyatçı...

9 İyun 2019, 02:48

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsində vəkil Orxan Kəngərliyə qarşı fiziki təzyiq göstərən polisəməkdaşları cəzalandırılıb.

Modern.az
xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, daxili işlər nazirinin 7 iyun 2019-cu il tarixli əmri ilə, Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric olunub. Şöbənin təhqiqatçısı Elnur Rəşidov vəzifədən azad edilib, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq olunub.

Xatırladaq ki, mayın 31-də müvəkkilinin hüquqlarının müdafiəsi üçün Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə gedən Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərli müvəqqəti olaraq saxlanılıb.

İddia olunub ki, ona polis bölməsində fiziki zor tətbiq edilib.

Hadisədən sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov olayı pisləyən bəyanat vermişdi.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi