Modern.az

Oğlunu döyən atanı tutdular - RƏSMİ

Oğlunu döyən atanı tutdular - RƏSMİ

Ölkə

11 İyun 2019, 11:52

Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, azyaşlı övladını döyən valideyn tutularaq istintaqa cəlb edilib.

 

Gəncə Şəhər Prokurorluğundan Modern.az-a verilən məlumata görə, şəhər sakini 2005-ci il təvəllüdlü Oqtay Nəbiyevin (ad, soyad şərtidir) atası tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə daxil olmuş məlumat əsasında Gəncə şəhər Nizami Rayon Polis İdarəsində aparılmış ilkin araşdırma  zamanı dərhal hadisə yerinə baxış keçirilmiş, hadisənin şahidlərinin izahatları alınmış və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.


Fakta görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Cinayətin İlham Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır