Modern.az

Fidel Kastro Barak Obamanı demaqoq adlandırdı

Fidel Kastro Barak Obamanı demaqoq adlandırdı

Dünya

21 Dekabr 2009, 11:18

Kuba inqilabının lideri Fidel Kastro yeni məqaləsində Amerika prezidenti Barak Obamanı bir daha tənqid edib. Modern.az-ın “İnterfaks”a istinadən yaydığı məlumata görə, Kastro  Kopenhagendə iqlim sammitində Barak Obamanın çıxışından hiddətlənib.  “Obama yalançı və demaqoq kimi çıxış etdi”deyən Kastro qeyd edib ki, Obamanın fikirləri hər hansı öhdəlikdən məhrum  ikibaşlı çıxışdır. Onun sözlərinə görə 3-cü ölkələrin nümayəndələri Obamanın və Amerikanın sırımağa çalışdığı sənədi konsensus sənədi kimi təqdim etməyə çalışan bir sıra zəngin dövlətlərin nümayəndələrinin cəhdlərinə qarşı çıxıblar. Kastro qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində zəngin dövlətlərin səylərinə etiraz edən dinc nümayişləri dağıdan Danimarka  hakmiyyətin  siyasətini İkinci Dünya Müharibəsində nasistlərin hərəkətləri ilə müqayisə edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!